Teton dağlarında kampinq

Your browser doesn’t support HTML5

Montana ştatından başlayaraq Teton dağ silsiləsinin şərb sahili boyunca uzanıb sonda Sakit Okeana tökülən Snake çayı Qrand Teton Milli parkına təmamilə başqa bir gözəllik qatır. Çayın Snake, yəni İlan adlandırılmasının səbəbi isə yerli qəbilələrin dağların arasından burularaq axan bu çayı ilana bənzətməsinə görədir. Parka səfəriniz zamanı yolboyunca bir neçə nöqtədə dayanıb, buludlara çatan dağların önü ilə axan bu çayı izləyə bilərsiniz. Teton dağlarına səyahətimin ikinci günü parkın kənarıyla keçən magistral yolun müxtəlif nöqtələrində dayanaraq bu təbiət gözəlliyindən zövq alıb, günün sonunda isə günəşin bu dağlar arxasında batmasını izləyərək səfərimi sonlandırıram.