Tibb üzrə Nobel mükafatlarının qalibləri elan edildi

  • Amerikanın səsi

Tibb üzrə Nobel mükafatlarının qalibləri elan edildi

Tibb sahəsi üzrə 2011-ci il Nobel Mükafatı immunitet sistemi haqda bilgini genişləndirən üç alimə verilib.

Bu gün Stokholmda açıqlanan mükafatlar ABŞ-dan Bruce Beutler, Lüksemburqdan Jules Hoffman və Almaniyadan Ralf Steinman-a verilib. Beutler və Hoffman 1.5 milyon dollarlıq prizin yarısını öz aralarında bölüşəcək, yerdə qalan yarısı isə Steinmana gedəcək.

Onların əməyi sahəsində xərçəng və başqa xəstəliklərin müalicəsi üçün yeni istiqamətlər açıqlanıb.