Tramp: İranla ön şərtsiz görüşə hazıram
Your browser doesn’t support HTML5
ABŞ prezidenti Donald Tramp İran liderləri ilə "heç bir ön şərt olmadan" və "istədikləri zaman" görüşməyə hazır olduğunu söyləyib. Bazar ertəsi keçirilən mətbuat konfransında o həmçinin, İranın "qəddar rejiminin" nüvə silahı əldə etməsinə heç vaxt icazə verilməməsinin lazım olduğunu bildirib.