Tramp müdaxiləçi siyasətə meyllənirmi?

Your browser doesn’t support HTML5

Cəmi bir həftə öncə, ABŞ prezidenti Donald Tramp seçki kampaniyası dövrü dəfələrlə verdiyi sözü yenidən səsləndirdi: “Mən dünyanın prezidenti deyiləm və olmaq da istəmirəm. Mən ABŞ prezidentiyəm və bundan sonra Amerika hər zaman birinci olacaq.” Amma, son həftədə Trampın “Amerika birincidir!” prinsipi dünya problemləri ilə imtahana çəkildi.