ABŞ prezidenti bir daha qanunvericiləri silahlara nəzarətlə bağlı qanunun təsdiqinə çağırıb. Bu çağırış Floridada 17 adamın ölümü ilə nəticələnən silahlı hücumdan sonra məktəblərin müdafiəsi üçün edilib.
NRA buna etiraz edir. Mən qurumun fanatıyam. Lakin bu demək deyil ki, biz hər şeydə razılaşmalıyıq
Donald Tramp Ağ Ev görüşündən sonra tvit edərək bildirib ki, yaxşı və çox yaxşı olmayayan bəzi ideyalar dünən Ağ Evdə müzakirə edilib. Silah almaq istəyənlərin keçmişinin araşdırılması müzakirələrin əsas hissəsi olub. İllərdən sonra qanun təsdiq edilməli, 2-ci düzəlişə isə ehtiram göstərilməlidir.
Görüş zamanı Tramp qanunvericiləri Milli Silah Assosiasiyasından (NRA) qorxmaqda günahlandırıb.
Many ideas, some good & some not so good, emerged from our bipartisan meeting on school safety yesterday at the White House. Background Checks a big part of conversation. Gun free zones are proven targets of killers. After many years, a Bill should emerge. Respect 2nd Amendment!
— Donald J. Trump (@realDonaldTrump) March 1, 2018
ABŞ dövlət başçısı deyib ki, təkliflərdə Floridada istifadə edilən AR-15 kimi silahların istifadə yaşı 18-dən 21-ə qaldırılmalıdır.
"NRA buna etiraz edir. Mən qurumun fanatıyam. Lakin bu demək deyil ki, biz hər şeydə razılaşmalıyıq" , Tramp əlavə edib.
Təkliflərə silah almaq istəyənlərin keçmişinin məcburi araşdırılması daxildir.
Pennsivaniyadan respublikaçı sentor Pat Tumi müəlliflərindən biri olduğu sənəddə yaş məsələsi yer almadığını deyib.
Tumi və demokrat senator Co Mançinin adını daşıyan sənəd 2013 və 2015-ci illərdə minimum 60 səsi əldə edə bilməmişdi.