Donald Trampın vəkili istefa verib

Donald Trampı Rusiyanın 2016-cı il seçkilərinə müdaxiləsini araşdıran xüsusi şurada təmsil edən vəkil istefa verib.

The New York Times The Washington Post qəzetlərinin yazdığına görə, Donald Trampın özəl vəkili Con Daudun istefa verdiyini ona yaxın mənbələr bildirib.

Daudun istefası prezidentin sabiq vəkil Cozef Dicenovanı vəkil komandasına əlavə etməsindən bir neçə gün sonraya təsadef edir. Dicenova aqressiv leqal strategiyası ilə tanınır.