Trampı tənqid edən Britaniya səfiri istefa verdi

Britaniyanın Birləşmiş Ştatlardakı səfiri Kim Darrok çərşənbə günü vəzifəsini davam etdirməyin mümkün olmadığını deyərək, istefa verdiyini bəyan edib. Səfir bu addımı prezident Donald Tramp haqda Britaniyaya yolladığı tənqidi məzmunlu diplomatik yazışmaların sızdırılmasından sonra atıb.

“Mənim vəzifə müddətim bu ilin sonunda bitsə də, mən hazırkı vəziyyətə yeni səfirin təyin ediməli olduğunu düşünürəm,” Kim Darrok çərşənbə günü açıqladığı bəyanatında bildirib.

Vəzifə müddətim bu ilin sonunda bitsə də, mən hazırkı vəziyyətə yeni səfirin təyin ediməli olduğunu düşünürəm.

Kim Darrok Britaniyanın yüksək diplomatı kimi Vaşinqtonda fəaliyyətə 2016-cı ildə başlayıb.

Səfir Darrokun Donald Tramp haqda söylədikləri Birləşmiş Ştatlar liderinin “bacarıqsız” və “özünə inamı olmayan”, administrasiyasının isə “səriştəsiz” olduğunu kimi fikirlərini əhatə edir.

Buna cavab olaraq isə ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı Britaniyanın Vaşinqtondakı səfiri Kim Darroku “çox axmaq adam” adlandırıb.

Diplomatik teleqramlar Britaniya rəsmilərinin tanışlığı üçün nəzərdə tutulub. Təhlilçilər yazışmaların xarici hökumət deyil, Britaniya siyasətçiləri tərəfindən sızdırıldığına inanır.

İyun ayında Prezident Tramp Britaniyaya səfər edərək ABŞ-ın ən dayanıqlı müttəfiqinin rəhbər şəxsləri ilə görüşmüşdü.

Bundan öncə Donald Tramp bazar ertəsi deyib ki, o, administrasiyasını“tayı-bərabəri olmayan disfunksional” administrasiya adlandıran Britaniyanın Vaşinqtona səfiri ilə “işləməyəcək”.

ABŞ-ın uzun illərdir yaxın müttəfiqi olan rəsmi London 2016-cı ildən bəri Britaniyanın Vaşinqtoda səfiri olan Darrokun Trampla bağlı etdiyi şərhlərin üzə çıxmasından sonra məyus olub. Səfirin sözləri həftə sonu Britaniyada qəzetlərdə dərc olunandan sonra London bu məlumatı təkzib emtəyib.