Cövhər Tsarnayevə ölüm hökmü istənilə bilər

tsarnayev boston

ABŞ-ın baş prokuroru Erik Holder deyib ki, günahkar tanındığı təqdirdə 20 yaşlı Cövhər Tsarnayevə ölüm hökmü istənilməlidir. O, hücumun mahiyyəti və vurduğu zərərin belə bir hökmün tələb edilməsini qaçılmaz etdiyini bildirib.

ABŞ-da federal hökumət olduqca nadir hallarda ölüm cəzası tələb edir. Amerikada 1988-ci ildən bəri 3 qatilin ölüm hökmü icra edilib.

Tsarnayev aprel ayı Boston marafonu zamanı iki bomba partlayışında ittiham edilir. O, 26 yaşlı qardaşı Tamerlanla bərabər təzyiq qazanı bombası hazırlayıb. Hadisə zamanı 3 adam həlak olub, 260-dan artıq insan xəsarət alıb.

Uzun müddət Amerikada yaşayan çeçen qardaşlar ABŞ-ın müsəlman ölkələrindəki əməliyyatlarının qisasını almaq istəyib.

Tamerlan hücumdan az sonra polis tərəfindən güllələnərək öldürülüb.