Tunis dövlət televiziyası ölkənin cənubunda Əl-Qaidanın Şimali Afrika bölməsi ilə əlaqəsi olan iki nəfərin həbs edilidiyini xəbər verir.
Xəbərlərə əsasən bu şəxslər həbs olunarkən Liviya sərhədi yaxınlığında bomba daşıyırdılar.
Əlavə detallar açıqlanmayıb.
"İslam Məğribində Əl-Qaida" təşkilatı Əlcəzairdəki İslamist hərəkatından qaynaqlanmış və sonrada 2006-cı ildə Əl-Qaida ilə birləşmişdir. Bu hərəkat sonradan Sahara və Sahel regionlarına yayılıb. İslamçılar son illərdə Şimali Afrika boyu çox sayda insan oğurluqları və fiziki hücumlar törədiblər.