Türkiyənin qırıcı təyyarələri PKK-nın mövqelərini hədəf alıb

Türkiyənin təhlükəsizlik mənbələrinin bildirdiyinə görə, İraqın şimal sərhəd bölgələrində qırıcı təyyarələrlə PKK-nın mövqeləri hədəf alınıb. Hücum zamanı 55 adam həlak olub.

Türkiyənin təhlükəsizlik qüvvələri ilə fəaliyyəti qadağan edilmiş Kürdüstan Fəhlə Partiyasının yaraqlıları arasında hər gün atəş mübadiləsi edilir. İyul ayından bəri tərəflər arasında atəşkəs pozulub.

Türkiyə təyyarələri davamlı şəkildə PKK-nın hərbi bazalarına zərbələr endirir. Yaraqlılar da öz növbəsində türk qüvvələrini hədəf alır.

Zorakılıqların baş qaldırmasından bəri 100 əsgər və polis işçisi öldürülüb.

Qüvvələr arasında itkilər ölkə boyu millətçilərin etirazları ilə qarşılanır.