Vaşinqtonda Türk Amerika Milli Liderlik konfransı keçiriləcək

Vaşinqtonda Türk Amerika Milli Liderlik konfransı keçiriləcək

Martın 17-19-u Vaşinqtonda Türk Amerika Milli Liderlik konfransı keçiriləcək. ABŞ- da fəaliyyət göstərən iki ən böyük türk təşkilatının sponsorluq etdiyi konfransa ABŞ azərbaycanlılarının şəbəkəsi USAN da dəvət edilib. Konfransda əsas diqqət Amerikadakı türk icmalarının fəaliyyətinin ABŞ və Türkiyə arasında münasibətlərin möhkəmləndirilməsinə xidmət edəcək bir şəkildə qurulması məsələsinə yönələcək. İki gün keçiriləcək iclaslarda ABŞ-dakı türk təşkilatlarının problemləri və onların fəaliyyətinin istiqamətləri müzakirə ediləcək. Tədbirdə Türkiyənin Avropa İttifaqı məsələləri üzrə xüsusi nümayəndəsi Egemen Bağış, ABŞ Konqresində Türkiyə üzrə işçi qrupunun həmsədri Virciniya Foks, aparıcı elmi-tədqiqat institutlarının ekspertləri, türk və Azərbaycan təşkilatlarının icraçı direktorları məruzələr edəcək. Tədbir çərçivəsində türk təşkilatlarının nümayəndələri təmsil olunduqları ştatların Konqresdəki nümayəndələri ilə görüşəcək.

Konfransla bağlı ətraflı məlumatı bu linkdə tapmaq olar:

http://www.ataa.org/