Türkiyə Suriyanı islahatlar həyata keçirməyə razı salmaq və nümayişçilərə qarşı basqılara son qoymağa inandırmaq üçün qonşu ölkəyə nümayəndə heyəti göndərib.
Türkiyənin missiyası Suriyada hakim Bəs partiyasından 228 adamın üzvlükdən istefa verməsindən sonraya təsadüf edir. Həmin şəxslər Bəşar əl-Əsədin nümayişçilərə qarşı ölümcül qüvvədən istifadə etməsindən sonra bu addımı atıblar.
Associated Press xəvbər verir ki, hökumət tankları liman şəhəri Latakiyaya yollanıb. Burada təhlükəsizlik qüvvələri nümayişçilərə atəş açıblar.
Basqılar həmçinin qoşun və tankların mühasirəyə aldıqları cənubi Dəra şəhərində davam edir. Suriyanın başqa şəhərlərində, o cümlədən Dəməşqin cıvarında da külli miqdarda qoşun yerləşdirilib.
İnsan haqları təşkilatları inidəyədək Suriyada Bəşar əl-Əsədə tabe olan qoşunların azı 500 adam öldürdüklərini xəbər verirlər.