Türkiyədə koronavirusdan ölənlərin sayı 425-ə yüksəldi

Türkiyənin Səhiyyə naziri Fəxrəddin Koca ölkədə cümə günü koronavirusdan daha 69 nəfərin öldüyünü bildirib və beləliklə orada ölənlərin ümumi sayının 425-ə yüksəldiyini bildirib.

O həmçinin təsdiqlənmiş yoluxma hallarının sayının 20.921-ə yüksəldiyini söyləyib.

Fəxrəddin Koca həmçinin bildirb ki, son 24 saat ərzində 16.160 insan testdən keçirilib. Türkiyədə ümumi olaraq tesdən keçənlərin sayı 141 min 716 nəfər təşkil edir.