Təhlilçilər: ABŞ-la İran arasında müharibə gözlənilmir

Your browser doesn’t support HTML5

Amerikada siyasi təhlilçilər ABŞ-la İran arasındakı gərginliyin genişmiqyaslı müharibəyə çevriləcəyini düşünmür. İranlılar cümə günü ABŞ-ın dron hücumu nəticəsində öldürülən general Qasim Süleymaniyə matəm tutur. ABŞ Konqresindəki Demokratlar prezidentin müharibə elan etmək səlahiyyətlərini məhdudlaşdırmaq istəyir, Respublikaçılar isə bunu rədd edir. Bir çox amerikalı şənbə və bazar günləri küçələrdə nümayişlər keçirərək İranla müharibəyə etirazlarını bildirib.