Tikilməkdə olan bina uçub

Aprelin 12-də Bakının Səbael rayonunda Şıx qəsəbəsində “Green City” istirahət mərkəzində tikilməkdə olan binanın uçması nəticəsində 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb. Bu barədə Amerikanın Səsinə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Hadisə yerində 6 nəfər olub. Onlardan ikisi həlak olub. 1 nəfərə tibbi yardım göstərilib, 3 nəfər Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, faktla bağlı Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (Tikinti işlərinin aparılmasının təhlükəsizlik qaydalarını pozma, zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.