Ukrayna boyu yanğınsöndürənlər Rusiyanın ölkələrinə qarşı apardığı müharibə səbəbilə çox çalışırlar. Bu il yanğınsöndürənlər ABŞ və Avropada onları Ukraynada həyatları qurtarmağa yardım edən dəstəklə təmin edən insanlarla əlaqələr qurublar.
Roman Kaçanov Xarkivdə 16 ildən çox təcrübəyə malik peşəkar xilasedici və yanğınsöndürəndir. O deyir ki, Rusiyanın hərbi müdaxiləsindən bəri və fasiləsiz açılan atəş səbəbilə onun işi daha da intensivləşib.
“Daha çox iş var və bu iş daha çox intensivdir və bizim üzərimizdə daha çox ağırlıq var, çünki biz 15 kiloqram ağırlığında jilet geyinməliyik ki, bu adətən geyindiyimiz jiletlərdən daha ağırdır,” o deyir.
“Biz avadanlıq çatışmazlığı, təlim çatışmazlığından əziyət çəkirik, amma indi Avropa və Amerika sayəsində bizdə bunlardan çox var,” Kaçanov əlavə edir.
Bundan əlavə Vaşinqtonda amerikalı ukraynalıların təsis etdiyi “Birləşmiş Ukraynaya Yardım” xeyriyyə fondundan da yardım gəlib.
Kaçanov və onun həmkarları 2023-cü ilin aprelində İndianapolisdə keçirilən böyük yanğınsöndürənlər konfransında fondun nümayəndələri ilə görüşüb.
“Biz missiyamızı insanlara göstərəndə çoxlu əlaqələr yaratdıq və bu da bizə Nyu York, Çikaqo, Vaşinqtonda daha çox səmərəli insanlarla əlaqələr qurmağa yardım etdi. Bununla yanaşı müxtəlif yanğınsöndürmə idarələri bizə təcili tibbi yardım maşınları verdi” , Kaçanov bildirir.
Xarkiv xilasedicilər qarnizonu bildirir ki, onlara bölgədən gündə 10 çağırış daxil olur. Bir xilasetmə missiyası bir neçə günə qədər davam edə bilər.
13 il təcrübəyə malik Xarkivli xilasedici Serhii Bilus deyir ki, xilasedicilər aktiv döyüşlər səbəbilə minalar və atəş nəticəsində daha çox risklə üzləşirlər.
“5 mərtəbəli binayada raket dəydi və oğlanlar binanın bir tərəfində yanğın söndürməyə çalışarkən, biz dağıntılar atlında qalan insanları qurtarmağa çalışırdıq. Bunların hamısı atışma davam edərkən baş verirdi. Quruluşlar da çox qeyri-sabit olduğu üçün vəziyyət hamımız üçün qorxulu idi, amma yaxşı bitdi,” o deyir.
Xarkiv qarnizonunun rəsmiləri deyir ki, Rusiya Ukraynaya 2022-ci ilin aprelində hərbi müdaxilə edəndən bəri onlara başqa ölkələrdən 200-dən çox xüsusi maşın və avadanlıqlar daxil olub.
Kaçanov deyir ki, region cəbhə xəttinə yaxın olduğu üçün davamlı olaraq artilleriyadan, minaatanlardan və təyyarələrdən atəşə tutulur.Dağıntıları təmizləmək üçün də davamlı olaraq daha çox avadanlığa ehtiyac var.