Ukraynanın müvəqqəti hökuməti hərbi səfərbərliyə göstəriş verib/
Ukrayna Rusiya parlamentinin Krıma qüvvə yerləşdirilməsi qərarına cavab olaraq ehtiyatda olan həbçiləri səfərbərliyə çağırıb.
Ukraynanın təhlükəsizlik xidmətinin rəhbəri Andrıy Parubi deyib ki, şəfərbərlik Ukraynanın ərazi bütövlüyü və təhlükəsizliyi naminə elan edilir.
Baş nazir Arseniy Yatsenyuk parlamentdə qanunvericilərə fəlakət astanasında olduqlarını bildirib.
NATO-nun baş katibi Anders Rasmussen NATO-nun Ukrayna xalqının müqəddəratını özünün təyin etmə haqqını müdafiə etdiyini bildirib. O deyib ki, Ukrayna NATO-nun dəyərli tərəfdaşıdır. Rasmussen Rusiyanı regionda gərginliyin azaldılmasına çağırıb.
Bu gün NATO vəziyyətlə bağlı növbədənkənar sessiya keçirir.
Dünən ABŞ prezidenti Barak Obama Rusiya prezidenti Vladimir Putinlə 90 dəqiqəlik telefon danışığı zamanı Ağ Evin Ukrayna hadisələrinə dair dərin narahatlığını dilə gətirib.
Prezident Obama deyib ki, Rusiya açıq şəkildə Ukraynanın suverenliyini və beynəlxalq qanunları pozur.
ABŞ dövlət başçısı Amerikanın Böyük İyirmiliyin ilin sonunda Soçidə keçiriləcək iqtisadi sammitində iştirak etməyəcəyini bildirib.
Rusiyanın xəbər agentliklərinin məlumatına görə, prezident Putin Barak Obamaya Moskvanın etnik rusları müdafiə etmək hüququna malik olduğunu deyib.