Ukrayna prezidenti Donald Trampla görüşüb

Your browser doesn’t support HTML5

ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı Ağ Evdə ukraynalı həmkarı Petro Poroşenko ilə görüşüb. Poroşenko ABŞ-Ukrayna münasibətlərini alqışlayıb və demokratiyaya sadiq qalacağına dair söz verərək, Rusiyayanın təcavüzünə qarşı mübarizədə ABŞ-ın dəstəyinə çağırıb.