Ukraynada “Sükut günü”

Ukraynada hökumət qüvvələri və separatistlər bu gün “Sükut günü” atəşi dayandırıblar. Gecə yarısından bəri hücumlara ara verilsə də, bəzi bölgələrdə atəş səsləri eşidilib.

Sentyabrda tərəflər arasında atəşkəsə dair Minsk razılığı əldə edilməsinə baxmayaraq, döyüşlər səgimək bilmir. Atəşkəsin pozulmasında tərəflər biri-digərini ittiham edir.

Atəşkəsin pozulması mindən artıq insan həyatı bahasına başa gəlib.

Donetsk Xalq Respublikasının rəhbəri Aleksandr Zaxarçenko “Sükut günü” separatistlərin atəş açmayacağını, lakin Ukrayna qüvvələrinin hücumlarının cavabsız qalmayacağını bildirib.

Eyni zamanda bu gün iyun ayından bəri qiymət mübahisələrinə görə dayandırılan Rusiyadan Ukraynaya təbii qaz təchizatı bərpa edilib.