Amerikalıların üçdə biri təhlükəli səviyyədə səs-küyə məruz qalır

Your browser doesn’t support HTML5

Amerikalıların üçdə biri təhlükəli səviyyədə səs-küyə məruz qalır

Araşdırma nəticələri göstərir ki, uzun müddət yüksək səs-küyə məruz qalmaq ürək-damar xəsəlikləri üçün risk faktoru ola bilər. ABŞ-ın əhali sayına görə ən böyük şəhəri olmaqla yanaşı həm də ən səs-küylü şəhəri olan Nyu Yorkda səs-küydən yayınmaq gündəlik bir mübarizəyə çevrilib.

Riki Vin Nyu York şəhərinin mərkəzi Çaynataun ərzisində yaşayır. Orada davam edən inşaatın yaratdığı kakofoniya onun günəlik həyatına kəskin şəkildə maneə törədir.

“Bu səs-küy sayğacıdır. Bundan almalı oldum,” Nyu York şəhərinin sakini Riki Vin deyir.

Amansız səs-küy o qədər artıb ki, Vin indi təkcə ona deyil, həm də onun məhəlləsində yaşayan yaşlı asiyalılardan ibarət icmaya təsir edən səs-küyü ölçür.

“Mən oradakı binada yaşayan yaşlıların nələrdən keçdiyini təsəvvür edə bilmirəm, onların açıq pəncərələri var və bütün bu səs-küyə çox yaxındırlar,” Vin bildirir.

“Mən 11 ildir burada yaşayıram və daha 11 il də burada yaşamaq istəyirdim,” o əlavə edir.

Apple saatlarında səs-küy detektoru funksiyasından istifadə edən 130 000 insanın iştirak etdiyi son araşdırma narahatedici nəticələr ortaya çıxarıb.

“İlkin nəticələr göstərir ki, potensial olaraq hər üç amerikalıdan biri sağlamlığına zərər verə biləcək səs səviyyələrinə məruz qalır,” Miçiqan Universitetindən Rik Nitzel deyir.

Nitzelin araşdırması həmçinin başqa gözlənilməyən nəticələr üzə çıxarıb.

“Biz həmçinin hər kəsin səs-küyə eyni dərəcədə məruz qalmadığını aşkar etdik. Belə ki, qaradərili və ya ispandilli iştirakçılar digər irqi və etnik qruplarla müqayisədə daha yüksək səs-küyə məruz qalıblar,” o bildirir.

Bir digər araşdırmada isə Massaçusets Ümumi Hospitalının tədqiqatçıları uzun müddət səs-küyə məruz qalmağı potensial olaraq ölümcül nəticələrə gətirib çıxaran əhəmiyyətli sağlamlıq problemləri ilə əlaqələndiriblər.

“Bizim əldə etdiyimi məlumatlar və başqalarının işlərinə əsasən belə görünür ki, səs-küy ürək-damar xəstəliklərinin yaranaması üçün kifayət qədər bilinməyən və müstəqil bir risk faktorudur,” kardioloq Dr. Maykl Osborn deyir.

Osbornun araşdırmasında həmçinin nəqliyyatla əlaqədar səs-küyün çox olduğu ərazilərdə, o cümlədən hava limanları yaxında yaşayn insanların mühüm ürək xəstəliklərinin artması ehtimalı ilə üzləşdiyi aşkar olunub.

“Biz aşkar etdik ki, səs-küyü ürək-damar xəstlikləri ilə əlaqələndirən bir yol var və o beyindən keçir və arteriyaların iltihabını ehtiva edir. Bu çox güman ki, ürək-damar xəstəliklərinin bilinməyən bir risk amilidir,” o deyir.

Sağlamlıqla bağlı bu cür narahatlıqlara cavab olaraq, səs-küy çirkliliyinin təhlükələri haqqında məlumatlar vebsaytlar, təşkilatlar və proqramlar vasitəsilə artıb ki, bu da insanlara məlumat toplamaq və daha sakit məhəllələrə çağırış etməyə imkan yaradıb .

“Mən başlayanda, daha az səs-küy çirkliliyi üçün mübarizə aparan insanların sayı az idi, indi isə çoxdur. Daha çox araşdırmalar aparılır və bu yaxınlarda bir konqres üzvü EPA-da səs-küyün azaldılması və nəzarət ofisini yenidən maliyyələşdirmək üçün qanunvericilik layihəsi irəli sürüb,” Səs-küyün zərərinin azaldılması üzrə aktivist Arlin Bronzaft deyir.

Federal hökumətin potensial olaraq bu görünməz təhlükə ilə bağlı tədbris görməsi ilə, səs-küy çirkliliyi tezliklə hava çirkliliyi kimi diqqətəlayiq problemə çevrilə bilər.