Urmiyədə 2 bomba partlayışı

Urmiyədə 2 bomba partlayışı nəticəsində 3 nəfər ölüb. Hadisələr zamanı bir neçə nəfər xəsarət alıb.

Öyrənci Səsinin yaydığı məlumata görə, partlayışlardan biri Bakiri küçəsi, digəri isə Danişkədə küçəsində baş verib.

Birinci partlayışda 1, ikincisində isə 2 nəfərin həlak olduğu bildirilir.

Urmiyənin icra hakimiyyətinin başçısı Abbas Həsənxani birinci partlayışda bir nəfərin öldüyünü təsdiq edib. İkinci partlayış rəsmi mənbələr tərəfindən təsdiq edilməyib.

Hücumların məsuliyyətini üzərinə alan olmayıb.