Ağ Ev Çindəki dinc etirazlara dəstəyini ifadə edir

Your browser doesn’t support HTML5

Son günlərdə qapanmış yaşayış kompleksində 10 nəfərin ölümünə səbəb olan yanğından sonra COVID-ə nəzarətlə bağlı məhdudiyyətlər Çində ciddi qəzəb doğurub və ölkənin bir neçə şəhərində küçə etirazları baş qaldırıb

Ağ Ev ən böyük rəqibi olan Çindəki dinc etirazlara açıq şəkildə dəstəyini ifadə edir. Lakin administrasiya rəsmiləri etirazların arxasında duran sərt "Sıfır-COVID" siyasəti ilə bağlı sözlərinə diqqət edir.

Son günlərdə qapanmış yaşayış kompleksində 10 nəfərin ölümünə səbəb olan yanğından sonra COVID-ə nəzarətlə bağlı məhdudiyyətlər Çində ciddi qəzəb doğurub və ölkənin bir neçə şəhərində küçə etirazları baş qaldırıb.

Ağ Ev buna təmkinlə reaksiya verib. Milli təhlükısizlik üzrə müşavir Con Kirbi: "Bizim dünyadakı dinc etirazçılara mesajımız eyni və ardıcıldır: insanlara toplaşmaq, etiraz etdikləri siyasət və qanunlara və ya diktələrə dinc şəkildə etiraz etmək hüququ verilməlidir."

Lakin Kirbi onu da əlavə edib ki, administrasiya Pekinin məktəb və bizneslərin bağlanmasına səbəb olan və on milyonlarla insanın evində qalmasına səbəb olan pandemiyanın ciddi idarə edilməsi ilə bağlı qərarlarını müzakirə edərkən ehtiyatlı olub. "Qapanma dəstəklədiyimiz siyasət deyil. Aydındır ki, Çində bununla bağlı narahat olan insanlar var və onlar buna etiraz edir. Biz onların bunu sülh yolu ilə edə biləcəyinə inanırıq".

ABŞ-ın Kapitoldəki qanunvericiləri daha açıq danışır və Çin hökumətinin senzurası ilə bağlı etirazçılarını boş ağ kağız parçaları ilə simvollaşdırıdığını vurğulayır. Senator Mark Vorner: "Biz Çin xalqının Çin Kommunist Partiyasının sərt yanaşmasına qarşı olduğunu və təkcə COVID siyasətindən deyil, həm də senzuradan narahat olduğunu görürük. Dediyim kimi, düşünürəm ki, Çin xalqı öz ölkəsində daha çox azadlıq və daha az senzura istəyini ifadə edir və mən onların yanındayam”.

Çin hökuməti azlıq təşkil edən müsəlman uyğur xalqının məskunlaqşdığı şimal-qərbdəki Sincan bölgəsində baş verən mənzil yanğınının onların pandemiya siyasətləri ilə bağlı olduğu ittihamını rədd edib. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Sa Lican: "Düzdür, sosial mediada bu yanğını COVID-19-la əlaqələndirən gizli niyyətli qüvvələr var."

O, hökumətin siyasətinin nə vaxt sona çatacağı barədə məlumat verməyib.

Etirazları izləyənlər deyir ki, bir şey aydındır: Bu etirazlar qeyri-adidir."Belə şeylərə görə insanları həbsxanaya salırlar. Beləliklə, insanların ictimai yerlərdə, yüksək səslə və qeydə alındığını bilərək, istədiklərini deməyə hazır olması və digər insanları da bunu dəstəkləmək üçün səfərbər etməyə çalışması gözlənilməz haldır. Demək istəyirəm ki, bu, insanların hazırda nə qədər məyus olduğuna işarədir. Mən bunun bir hərəkat olduğunu demirəm. Lakin bu o deməkdir ki, bu, Çində adətən daha çox lokallaşdırılan normal etirazlardan fərqlidir".

Və aydındır ki, virusun yayılmasını dayandırmaq məqsədi daşıyan bu sərt siyasətlər narazılığın artmasının qarşısını almır.

Artıq bazar ertəsi Vaşinqtonda uyğur icmasının üzvləri Dövlət Departamentinin qarşısında etiraz aksiyası keçirib. Dünyanın digər şəhərlərində də etirazçılar yürüşə çıxıb.