ABŞ Kristian Qançarskinin ekstradasiyasını tələb edir

Birləşmiş Ştatlar Əl-Qaidə terrorçusu olmaqda şübhəli bilinərək Fransada həbs edilən şəxsin ekstradasiyasını tələb edir.

Almaniya vətəndaşı Kristian Qançarski Birləşmiş Ştatlar vətəndaşlarına qarşı sui-qəsd planları və Əl-Qaidəyə maddi yardımda ittiham edilir.

Qançarski 2002-ci ildə Tunisdə sinaqoqa edilən terror hücumunda əli olmaqda ittiham edildiyi üçün hazırda Fransa həbsxanasında saxlanır.

Birləşmiş Ştatlara ekstradasiya edildiyi halda Qançaqskini ömürlük həbs cəzası gözləyir.