Washington Post: ABŞ kəşfiyyatının miqyası effektivliyə təsir göstərir

Washington Post: ABŞ kəşfiyyatının miqyası effektivliyə təsir göstərir

Qəzet iki il apardığı təhqiqat nəticəsində əks-terror və kəşfiyyat məsələlərilə məşğul olan 1271 hökumət təşkilatı və 1931 özəl şirkətin demək olar ki eyni işi gördüyünü aşkar edib

Amerikanın aparıcı qəzeti yazır ki, 2001-ci il sentyabrın 11-də terror hücumlarından sonra ABŞ kəşfiyyatı elə bir miqyasda genişlənib ki, bəzi agentliklər eyni işi görür və bir çox məlumatlar nəzərə alınmır.

Washington Post qəzeti hökumət sənədləri, bununla yanaşı hazırkı və keçmiş kəşfiyyat rəsmilərinə istinad edir. Rəsmilərin çoxu adının açıqlanmasını istəməyib.

Qəzet iki il apardığı təhqiqat nəticəsində əks-terror və kəşfiyyat məsələlərilə məşğul olan 1271 hökumət təşkilatı və 1931 özəl şirkətin demək olar ki eyni işi gördüyünü aşkar edib. Washington Post bildirir ki, nə qədər maliyyə vəsaitinin boş yerə xərcləndiyini heç kəs bilmir.

Milli Kəşfiyyat direktoru Deyvid Qompert deyib ki, qəzet kəşfiyyat agentliklərinin işini düzgün əks etdirməyib. Onun sözlərinə görə, hər gün hücumçuların qarşısı alınır və inkişaf əldə edilir.