Vaşınqtonda “Müsəlmanlara Qadağaya Yox!” şüarları ilə yürüş keçirilib [Video]

Your browser doesn’t support HTML5

Tramp administrasiyasının Birləşmiş Ştatlara giriş qadağası ilə bağlı mübahisəli sərəncamı iki federal məhkəmə tərəfindən müvəqqəti dayandırılıb. Administrasiya isə məhkəmə qərarlarına etiraz edəcəyini bildirib. Sərəncamın dayandırılması prezident Trampın səyahət qadağasına qarşı olanların Vaşinqton şəhərinin küçələrinə çıxarmasının qarşısını almayıb.

Əllərində “Müsəlmanlara Qadağaya Yox!” şüarları ilə etirazçılar Ağ Evin qarşısında bir araya gəlib. Belə ki, prezidentin qadağa sərəncamı imzaladığı 8 ölkənin çoxu müsəlman ölkələridir.

Sərancamın yalnız müsəlmanları Birləşmiş Ştatlardan uzaqlaşdırmasını nəzərdə tutduğunu deyən yürüş iştirakçılarını Şimali Koreya və Venesuelanın siyahıya əlavə edilməsi də sakitləşdirməyib. Yürüş təşkilatçısı Linda Sarsor: “Siz müsəlman qadağasına yüz ölkə də əlavə edə bilərsiniz, lakin qadağa ilə bağlı ilk sərəncamda yalnız müsəlmanlar nəzərdə tutulurdu. Prezident Tramp namizəd olarkən açıq şəkildə müsəlman immiqrasiyasını tamamilə dayandıracağını demişdi.”

Hakimlərin sərəncamı dayandırmasını alqışlayan minlərlə nümayişçi hər hansı dinə qarşı olan siyasətlə mübarizə aparacaqlarını göstərmək üçün Vaşinqton küçələrinə çıxıb. "Milli İmmiqrasiya Hüquq Mərkəzi"ndən vəkil Avidə Musəvian: “Bu, bizim etiraz aksiyası keçirməyimizə mane olmadı.Yürüş bizim mübarizəmizi davam etdirəcəyimizə nümunədir. Biz qanunun hər zaman bizim tərəfimizdə olduğunu göstərir və göstərəcəyik.”

Ağ Ev məhkəmənin qərarını prezident Trampın Amerika xalqının təhlükəsizliyinin təmin ediməsi ilə bağlı səylərinin qarşısının alınması kimi qiymətləndirib və bunu “təhlükəli yanlışlıq” adlandırıb.