Amerikanın şərqində hava kəskin şəkildə soyuyur

Birləşmiş Ştatlar Milli Meteorologiya Xidməti ölkənin şərq bölgəsində hava şəraitinin kəskin dəyişəcəyini, fırtına və 15 sm-dən 30 sm-ə qədər qar yağacağını bildirib.

Qardan əlavə, fevral ayının ortaları Birləşmiş Ştatların şəqr bölgələrində şaxtalı havanın rekord səviyyəyə çatacağı bildirilib. Bu gün Nyu-Yorkun Votertaun şəhərində havanın temperaturu Selsi ilə mənfi 36.6, Vaşinqtonun dağlıq bölgəsi və Nyu-Həmpşirdə isə mənfi 37 dərəcə olacaq.

Paytaxt Vaşinqtonda 30 sm-ə qədər qar yağacağı gözlənilir. Boston şəhərində isə qarın hündürlüyü 2.4 metrə çatıb.