Üsama Bin Ladenə qarşı irəli sürülən ittihamlar ləğv edilib

Üsama Bin Ladenə qarşı irəli sürülən ittihamlar ləğv edilib

ABŞ-ın Federal prokurorluğu Əl-Qaidə lideri Üsama Bin Ladenin öldürülməsindən sonra ona qarşı irəli sürülən ittihamları ləğv edib. Bin Ladenə 1998-ci ildə Amerikanın 2 Afrika ölkəsindəki səfirliklər, 1993-cü ildə Somalidəki Amerika əsgərlərinə qarşı hücumlarla bağlı ittihamlar irəli sürülmüşdü. Tanzaniya və Kenya hücumlarında 224 adam həlak olmuşdu. Bin Ladenin ittihamları arasında 2001-ci il 11 sentyabr terror aksiyaları ilə bağlı heç bir ittiham yoxdur. Amerikada müttəhimlərin ölümü ilə onlara qarşı ittihamlar ləğv edilir.