Anar Bağırov Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri seçilib

Anar Baöırov

Anar Bağırov Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyətinin 5 il müddətinə sədri seçilib. O bu gün Azərbaycan Vəkillər Kollegiyasının konfransında seçilib. Konfransda 116 nümayəndə iştirak edib.

Anar Bağırov Bakı Hüquq Mərkəzi" hüquq şirkətinin direktoru, “Azərbaycan Hüquq İslahatları Mərkəzi”nin sədridir.

A.Bağırov 1976-cı ildə Gəncə şəhərində anadan olub. O, 2005-ci ildən Azərbaycan Vəkillər Kollegiyasının, 2012-ci ildən isə Kollegiyanın Rəyasət Heyətinin üzvüdür.

Bağırov Azərbaycan prezidentinin sərəncamı ilə 2015-ci ildə “Tərəqqi” medalı ilə təltif olunub.

Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Azər Tağıyev bu ilin sentyabrında öz istəyi ilə vəzifəsindən azad olunub. Sədrin səlahiyyətlərini sədr müavini Fərhad Nəcəfov icra edirdi.