Birləşmiş Ştatlarda Veteranlar Günüdür

Birləşmiş Ştatlarda Veteranlar Günüdür.

Amerikalılar bu gün ölkənin silahlı qüvvələrində xidmət edən və münaqişələrdə həyatını qurban vermis kişi qadınların xatirəsini anır.

ABŞ prezidenti bu gün Nyu-York şəhərində təşkil edilən paradda iştirak edib, İkinci Dünya Müharibəsində həlak olanların məzarları önünə əklil qoyub.

“Biz veteranlarımızın xatirəsini daim anacağıq, amerikalılar arasaında yaşayan bir çox qəhrəman var” - deyə, ABŞ dövlət başçısı illik paradın 100-cü mərasiminin açılışında bildirib.

Tramp həm də demokratların impiçmen araşdırması ilə gölgə altına alınan administrasiyasının daha bir uğurunu önə çəkib.

Ötən ay İŞİD liderinin öldürülməsi haqda prezident bildirib ki, Əl-Bağdadi və onun sağ qolu öldürüldü. O, terrorçuların yenidən baş qaldrmasına mane olunduğunu, düşmənlərin qorxuya düşdüyünü bildirib.

ABŞ-da Veteranlar Günü əvvəllər Birinci Dünya Müharibəsinin bitməsi münasibətilə Barışıq günü adlanırdı. Lakin Konqres 1926-cı ildə bu günün hər il qeyd edilməsi ilə bağlı qanun qəbul edib.

1938-ci ildə noyabrın 11-i ölkə səviyyəsində bayram kimi qeyd edilməyə başlayıb.