Vyetnamın şimal bögəsində 4 gün davam edən şiddətli yağışların səbəb olduğu daşqınlar nəticəsində 16 adam həlak olub, 10 min hektarlıq düyü və digər əkin sahələri su altında qalıb.
4 adam itkin düşüb, 60 nəfər xəsarət alıb.Yüzlərlə ev dağılıb. Fransanın xəbər agentliyinin məlumatında deyilir ki, ölənlərin 12-ni ildırım vurub. Vyetnamda yağmurlu hava şəraiti oktybar ayınadək davam edə bilər. Hava şəraitinin pisliyi hər il yüzlərlə insan və məhsul tələfatına səbəb olur.
Vyetnamda daşqınlar nəticəsində 16 adam həlak olub
Vyetnamda daşqınlar nəticəsində 16 adam həlak olub