ÜST: Hər il 500 min insan trans-yağlar səbəbindən vaxtından əvvəl ölür

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hər il yarım milyon insanın vaxtından əvvəl ölümünə səbəb olan toksik süni kimyəvi maddələr - trans-yağlardan hazırlanmış qablaşdırılmış yeməklər, çörək məhsulları və kulinariya yağları kimi tez-tez rast gəlinən məhsulların tamamilə ləğvinə çağırıb.

Ümumdünya Səhiyyə Təşkilatı 5 milyard insanın bu toksik məhsullardan istifadə etdiyini və bunun ürək xəstəlikləri və ölüm riskini artırdığını bildirib.

"Resolve to Save Lifes" ictimai səhiyyə təşəbbüsünün prezidenti və baş icraçı direktoru Tom Fridenin bildirdiyinə görə, trans-yağların qida məhsullarından qlobal şəkildə çıxarılması 2040-cı ilə qədər 17 milyona qədər insanın ürək-damar xəstəliklərindən ölümünün qarşısını ala bilər.

Friden həmçinin "dünyada bir çox qida məhsullarının ayrılmaz hissəsi" adlandırdığı yağlar və "qida məhsullarında qanuni istifadə olunmayan" və və xaric edilməsi lazım olan toksik kimyəvi maddə" olan süni trans-yağların fərqləndirilməsinin vacibliyindən danışıb.

Ümumdünya Səhiyyə Təşkilatının 2018-ci ildə qarşısına qoyduğu 2023-cü ilə qədər trans-yağların qlobal şəkildə ləğvi ilə bağlı məqsədində irəliləyiş əldə edilib. Hazırda 43 ölkənin ərzaq məhsullarına trans-yağların əlavə olunmaması siyasətini həyata keçirməsi ilə 2,8 milyard insanın ürək-damar xəstəliklərindən və ölümdən xilas edildiyi deyilir.

Bununla belə, Friden hələ də trans-yağların 5 milyard insanın sağlamlığına dağıdıcı təsirlərinin olduğunu bildirib. O, hökumətlərin ÜST-nın ən yaxşı təcrübə siyasətlərini tətbiq etməklə, bu qarşısı alına bilən ölümləri dayandıra biləcəyini deyib.

O qeyd edib ki, əsasən Meksika, Nigeriya və Şri-Lanka daxil olmaqla, bir neçə ölkə bu insan həyatlarını xilas edən siyasətin qəbul edilməsinə çox yaxındır. Onun sözlərinə görə, finiş xəttini keçmək üçün həmin ölkələrə sadəcə bir təkan lazımdır.

Fridan təcrübənin sənayenin yenilik edə və trans-yağları sağlam alternativlərlə əvəz edə biləcəyini göstərdiyini deyib. Toksik məhsulun istehsalını davam etdirənı yalnız bir neçə böyük şirkət var.

Fridan əlavə edib ki, trans-yağların günlərinin sayının azaldığını gördükdə həmin şirkətlər də buna razı olacaq.

ÜST bildirir ki, trans-yağlardan istifadənin dayandırılması siyasətinin gəlirlərin yüksək olduğu ölkələrdə, əsasən də Amerika qitəsində və Avropada həyata keçirilib və getdikcə daha çox orta gəlirli ölkələr də buna əməl edir. Ancaq indiyədək gəlirlərin aşağı olduğu heç bir ölkə bunu etməyib.