Bakı Şimali Koreyadan raket alqısı ilə bağlı məlumatları təkzib edib

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev

Xarici İşlər Nazirliyi BMT-nin hesabatını araşdırır
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev Azərbaycanın Şimali Koreyadan yer-hava sinfindən 70 daşınan zenit raketi alması haqqında yayılmış məlumatları təkzib edib.

Bugünki mətbuat konfransında o bildirib ki, bir sıra KİV-lər BMT-nin hesabatına istinadla raket alışı haqqında məlumat yayıb. Lakin bu, həqiqətə uyğun deyil.
Eyni zamanda, Abdullayev bildirib ki, hazırda bu məlumatların BMT-nin hesabatına necə düşdüyü araşdırılır.

Qeyd edək ki, bu hesabatda məhkəmənin Şimali Koreyada vasitəçi firma vasitəsilə bu silahların alış sxemini açıqlayan britaniyalı ticarətçi ilə bağlı məhkəmə materiallarına istinad edilib.