Yaponiyada güclü zəlzələ

Zəlzələ axşam çağı baş verib. Maşiki, Kumamoto.

Yaponiyanın cənubunda baş vermiş güclü zəlzələ nəticəsində azı 2 adam həlak olmuş, 45 adam yaralanmışdır.

Ölən şəxslər zəlzələnin episentrinə yaxın Maşiki qəsəbəsinin sakinləridir. Bundan öncə Yaponiya Qırmızı Xaç Cəmiyyəti Kumamoto hospitalına 45 yaralının daxil olduğunu xəbər vermişdi. Onlardan beşinin vəziyyəti ciddidir.

Uca gurultu eşidildi və bütün ev silkələnməyə başladı. Mebel, kitab rəfləri hamısı yerə dağıldı.
Takahiko Morita

ABŞ Geoloji Araşdırma Mərkəzi 6.2 bal gücündə zəlzələnin Kyuşu adasının Kumamoto prefekturasında baş verdiyini bildirir.

İlkin təkan nəticəsində azı 19 ev dağılıb. Polis insanların hələ də dağılmış evlər altında qala biləcəyindən ehtiyat edir.

"Güclü gurultu eşidildi və bütün ev silkələnməyə başladı," Takahiko Morita Yaponiya telekanalı NHK-a telefon müsahibəsində bildirib. “Mebel, kitab rəfləri hamısı yerə dağıldı.” O, həmçinin su borularının sındığını və Maşikidə təchizatın kəsildiyini xəbər verib.

“Əlimizdən gələni edirik ki, lazımi ölçülər götürək, və bu sıraya ilk növbədə həyatların xilas edilməsi daxildir,” deyə Yaponiyanın baş kabinet katibi Yoşihide Suqa bildirib. “Mən fəlakət zonasında olan bütün adamlardan sakit qalmağı və bir-birinə yardım etməyi xahiş edirəm.”

Zəlzələnin episentri Yaponiyanın yeganə nüvə elektrik stansiyasından 120 kilometr aralıda yerləşir. Lakin rəsmilər stansiyanın normal fəaliyyət göstərdiyini deyirlər.