Yeni ünvana keçid

Xaqani küçəsi_yeni ünvan

1 500-dən çox küçə və prospekti əhatə edən Bakının yeni ünvan sisteminə keçid ilin sonunda başa çatacaq
Yeni ünvan sisteminə keçid bakılılar və şəhərin qonaqları üçün problemlər yaradıb. İnsanlar lazımi ünvanı tapa bilmirlər, çünki binaların girişində əvvəlkilərdən fərqli yeni nömrələr qoyulub. Yaranan vəziyyətlə bağlı Əmlak Məsələləri Dövlət Komitəsi izahat verib.

ƏMDK-nin məlumatında bildirilir ki, 1 500-dən çox küçə və prospekti əhatə edən Bakının yeni ünvan sisteminə keçid ilin sonunda başa çatacaq. Həmin müddətədək vətəndaşlar, qurumlar, bələdiyyələr yeni ünvanlardan deyil, hazırda mövcud olan ünvan məlumatlarından istifadə edəcəklər, deyə məlumatda bildirilir.

Yeni qaydalarla tətbiq edilən ünvan sistemi üç ardıcıl mərhələ üzrə həyata keçirilir. İlkin mərhələdə Əmlak Məsələləri Dövlət Komitəsi Norvec Kadastr Təşkilatının maliyyə dəstəyi ilə beynəlxalq məsləhətçilər və koreyalı mütəxəssislərin köməyi ilə Azərbaycan Ünvan Reyestrinin İnformasiya Sistemini hazırlayıb. İnformasiya açıqlığı prinsiplərinə zidd olaraq, istifadəçilərin sistemə çıxışı yoxdur. Mütəxəssislər hesab edir ki, yeni ünvan sistemi ilə kğhnədən paralel işlənməsi vacibdir.

MDB regionunda ilk dəfə Azərbaycanda tətbiq edilən bu sistemin prinsipi ondan ibarətdir ki, ünvan konkret bina və ya obyektə yox, onun hər bir girişinə verilir.