Yəməndə hökumətə qarşı fəalllar bügünkü günü “Əzmkarlıq günü” adlandıraraq, ölkə boyu etiraz aksiyalarına çağırıb. Bu yeni çağırış həftənin əvvəli nümayişçilərə qarşı silahlı hücymlardan sonraya təsadüf edir. Şahidlərin dediklərinə görə, dünən ölkənin mərkəzi şəhərlərindən olan Əl-Beydədə prezident Əli Abdulla Salehə sadiq qüvvələr etirazçılara atəş açmış və nəticədə iki nəfər ölmüşdür. Çərşənbə günü isə hökumətə qarşı keçirilən nümayişlərdə azı 12 nəfər qətlə yetirilib.
Bu arada isə xəbər agentlikləri Körfəz Əməkdaşlıq Şurasının başçısı Əbdüllətif bin Rəşid Əl-Zəyaninin bölgədə vəziyyətin nizamlanmasına yardım məqsədi ilə şənbə günü Yəmənə səfər edəcəyini bildirirlər.