Yəməndə Əl-Qaidə yaraqlıları olan qardaşlar öldürülüb

Yəməndə Əl-Qaidə yaraqlıları olan qardaşlar öldürülüb

Yəməndə Əl-Qaidə üzvü olduğuna inanılan iki qardaşın Amerikanın raket hücumu nəticəsində öldürüldüyü xəbər verlilir. Yəmən rəsmiləri Abdulla və Mosəd Mübarək qardaşlarının bu gün Şəbva vilayətində öldürüldüklərini bildisələr də əməliyyatın detalları barədə məlumat verməyiblər.

Qəbilə başçıları və şahidlərin dediklərinə əsaslanaraq media xəbərlərində hücumun ABŞ tərəfindən həyata keçirildiyi deyilir. Şahidlərdən birinin Reuters xəbər agentliyinə bildirdiyinə görə, raket qardaşların olduğu maşını hədəf almış və maşın partlayaraq tamamilə yanmışdır.