Yunanıstanda həmcinslərin vətəndaş nikahı leqallaşdırılıb

Yeni qanun dövlətin bu nikahlara tam dəstəyini təmin etmir

Yunanıstan parlamenti mühüm qanun qəbul edərək, müxalifət partiyaları və Yunanıstan Provoslav Kilsəsinin müqavimətinə baxmayaraq, həmcins insanlar arasında vətəndaş nikahına icazə verib.

Yeddi il öncə isə yunan qanunvercilərinin homoseksual ittifaqları qadağan etməsi Avropa İnsan Haqları Məhkəməsi tərəfindən qınanılmışdı.

Baş nazir Aleksis Tsipras qanunvericilərə “hər bir yunan vətəndaşın eyni hüququlara malik olduğunu və bu qanunun ölkədəki “utanc dairəsini bağladığını” deyib.

Qanunun əleyhinə çıxış edən və hakim koalisiyanın tərkibində olan millətçi Müstəqil Yunanlar Partiyası həmcinslərin nikahını qanuniləşdirilməsini sual edib.

Geylərin hüquqularını müdafiə edən bir neçə yüz nümayişçi səsvermədən öncə parlametin önündə toplaşıb.

Britaniya, İspaniya və Kiprdəki kimi bu yeni qanun dövlətin bu nikahlara tam dəstəyini təmin etmir. Bundan əlavə qanun eynicinsli cütlüklərin övladlığa uşaq götürmələrinin qarşısını alır, eləcə də onları heteroseksual cütlüklər üçün mövcud olan pensiya və vergi güzəştləri ilə təmin etmir.