Zəncanda qəhvəxana sahibləri valilik binasının qarşısında etiraz aksiyası keçiriblər.
Zəncan qəhvəxanaçılar ittifaqının başçısı Səyid Əzizi bildirib ki, son günlər şəhərdə fəaliyyət göstərən 200 qəhvəxana baş prokuror Həsən Muzəffərinin təlimatı ilə bağlanıb.
Şəhərin baş prokuroru bəzi qəhvəxanalarda qanun pozuntuları ilə əlaqədar təlimat verdiyini iləri sürüb, lakin ittifaqının başçısı bunu rədd edərək, son 3 ildə Zəncan qəhvəxanalarında heç bir qanun pozuntusunun baş vermədiyini deyib.
Etirazçılar validən qəhvəxanaların açılmasını tələb ediblər. Onalr həmçinin bildiriblər ki, qəhvəxanaların bağlanması onsuz da işsizlik səviyyəsinin yüksək olduğu Zəncanda 2500 nəfərin işsiz qalmasına səbəb olacaq.
Qəhvəxanaların bağlanmasının orada qəlyan çəkilməsi ilə əlaqədar olduğu deyilir. Etirazçılardan biri bildirib ki, əgər qəlyan problemi mövcuddursa, o zaman nə üçün hökümət tənbəki idxal edir.
İranda qəhvəxanalarda adətən qəlyan çəkilir.