Dekabrın 4-ü Binəqədi Rayon Məhkəməsində hüquq müdafiəçisi Rüfət Səfərov barəsində dörd aylıq həbs qətimkan tədbiri seçilib. Ona qarşı xuliqanlıq, dələduzluq və qəsddən sağlamlığa zərər vurma ittihamları irəli sürülüb.
Dekabrın 3-ü saat hüquq müdafiəçisi Rüfət Səfərov evinin önündə saxlanılıb. Ona qarşı cinayət məcəlləsinin 221.1 (xuliqanlıq) və 178.3.2 (dələduzluq-külli miqdarda ziyanla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb. Hazırda Binəqədi Rayon Polis İdarəsinin müvəqqəti saxlanma yerindədir.
Dekabrın 3-ü ictimai fəal Famil Xəlilov Bakı Ağır Cinayətlər Məhkəməsindən ev dustaqlığına buraxılıb. O, noyabın 28-dən etibarən həbsinə etiraz olaraq quru aclıq edirdi.
Dekabrın 2-si Bakı Ağır Cinayətlər Məhkəməsində "Kanal 11" İnternet Televiziyasının rəhbəri Teymur Kərimovun növbəti məhkəmə prosesi təxirə salınıb və dekabrın 7-nə təyin edilib.
Bakı sakinlərindən məsrəfləri qarşılamaq üçün ehtiyac duyulan məbləğin nə qədər olduğunu soruşduq.
Noyabrın 28-i Bakı Ağır Cinayətlər məhkəməsində hüquq müdafiəçisi İlhamiz Quliyevin növbəti məhkəmə prosesi keçirilib. Cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Dövlət ittihamçısı çıxışında İlhamiz Quliyevin 7 il müddətinə azadlıqdan məhrum olunmasını istəyib.
Noyabrın 26-sı Bakı Apellyasiya məhkəməsində həbsdə olan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin direktoru Anar Məmmədlinin məhkəmə iclası keçirilib.
Noyabrın 26-sı Prezident aparatı yaxınlığında Naxçıvan Xüsusi Təyinatlı Qüvvələrinin ehtiyatda olan zabitləri etiraz aksiyası keçirib. Onlar 44 günlük müharibədə iştiraka görə onlara verilməli olan 36 aylıq maaş həcmində kompensasiyasını ala bilmədiklərini deyirlər.
Noyabrın 25-i Bakı Ağır Cinayətlər Məhkəməsində "Kanal 11" İnternet Televiziyasının rəhbəri Teymur Kərimovun növbəti məhkəmə prosesi keçirilib. O, məhkəmədə 4 vəsatət səsləndirib. Yalnız bir vəsatət təmin olunub. Digər zərərçəkən isə məhkəməyə gətirilməyib.
25 noyabr Bakı Ağır Cinayyətlər Məhkəməsində ictimai fəal Bəxtiyar Hacıyevin məhkəmə iclası keçirilib. Məhkəmə istintaq materiallarının tədqiqi prosesini davam etdirir. 22 cilddən ibarət cinayyət işi materealının 16 cildinə baxış keçirilib.
Noyabrın 18-i Bakı Apellyasiya məhkəməsində “Abzas Media” işi üzrə həbsdə olan Fərid Mehralızadə, Ülvi Həsənli və Elnarə Qasımovanın ev dustaqlığına buraxılması ilə bağlı Xətai rayon məhkəməsinin qərarından verilən şikayətə baxılıb. Hər üç vəsatət təmin olunmayıb.
Noyabrın 4-də Bakı Apellyasiya Məhkəməsində iqtisadçı Fərid Mehralızadə və həyat yoldaşı Nərgiz Muxtarovanın əmlaklarına qoyulmuş həbslə bağlı Xətai rayon məhkəməsinin qərarından verilmiş şikayətə baxılıb. Məhkəmə vəsatəti təmin etməyib və Xətai rayon məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Oktyabın 30-u Xətai rayon məhkəməsində “Toplum Tv” işi üzrə həbs olunan jurnalist Müşfiq Cabbarın məhkəmə prosseisi keçirilib. Məhkəmədə vəkil Nazim Musayevin həbs qətimkan tədbirinin ləğviylə bağlı verdiyi vəsatətlər təmin olunmayıb.
Yuxarı Ağalı kəndi Biləsuvar-İran yolunun üstündə yerləşən sonuncu kəndlərdən biridir. Kənd sakinləri quru sərhədlərin 5 ilə yaxındır bağlı qalmasının onların rifahına necə təsir etməsindən danışır.
Bir neçə gün öncə yağan böyük həcmdə yağış Bakıda çox sayda əmlaka zərər vurub. Hadisə insanların daşınmaz əmlakının sığortalı olub-olmaması ilə bağlı sualı aktuallaşdırıb. Bu mövzuda paytaxt sakinləri arasında sorğu keçirdik.
Qazın yoxluğundan əziyyət çəkən Astaranın Burzubənd kəndi sakinləri soyuq fəsillərdə odun tapmaqda yaranan çətinlikdən danışır.
Oktyabrın 23-ü Bakı Ağır Cinayətlər Məhkəməsində "Kanal 11" İnternet Televiziyasının rəhbəri Teymur Kərimovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Bakının Zabrat-1 ərazisində evlər yağış suları altında qalıb. Sakinlər deyir ki, gün ərzində dəfələrlə zəng etmələrinə baxmayaraq rəsmi qrumlardan gəlib, əraziyə baxış keçirən olmayıb. Bəzi evlərdən yaşlılar və uşaqlar çıxardılıb, bəzi evlərdə isə yaşlılar və uşaqlar çıxılmaz vəziyyətdə qalıb.
Daha çox yüklə