Türkiyədə kira qiymətlərinin bahalılığına görə heç kim yaşadığı evdən çıxmaq istəmir. Bununla bağlı, Ankarada əmlakçəlarla sorğu keçirdik. Sorğu zamanı bəziləri xarici vətəndaşları günahlandırsa da, digərləri bu vəziyyəti ekonomik qeyri-stabilliklə açıqladı.
1926-cı ildə Atatürkün açdığı bu tarixi bina Klemens Holzmeister tərəfindən neo-klassik qaydada tikilibr. Bina daha sonra PTT- (Poçt Telefon Telegraf) tərəfindən bərpa edilərək PTT möhür muzeyinə çevrilib.
Türkiyənin KPSS- dövlət kadrları seçki imtahanının suallarının oğurlandığına aid mətbuat və sosyal medialarda xəbərlər çıxıb. ÖSYM imtahan və yerləşdirmə mərkəzi ilkin açıqlamalarında bunun inkar etsə də, bir həftə sonra imtahan ləğv edilərək ÖSYM sədri işdən çıxarılıb.
Ankara Böyükşəhər Bələdiyyəsi Şəhər Orkestri 1985-ci ildən bəri fəaliyyət göstərir. İlk öncə Bələdiyyə Qrupu adı altında qurulan orkestr yay fəsli ərzində fərqli parklarda dincələn sakinlər üçün yarım saatlıq ödənişsiz konsert proqramları təqdim edir.
Ankaranın ilk sənaye muzeyi olan Ankara Rahmi Koç Muzeyi 2005 ilində ziyarətçilərə açılıb. Muzeydə 1850-ci illərdən etibarən sənayedə istifadə olunan vəsaitlədən tutmuş dənizçilik, havaçılıq kimi bir çox sahənin inkişafında yer alan önəmli əşyalar da sərgilənir.
Ankarada tarzən Emre Eryılmaz və pianist Orkun Zəfər Özgelen Türkiyədə az tanınan Qafqaz əsərlərindən ibarət konsert proqramı ilə çıxış edib. Konsertdə Tofiq Quliyev, Səid Rüstəmov, Həsən Rzayev kimi azərbaycanlı bəstəkarların da əsərlərinə yer verilib.
Əsl sənəti fizika mühəndisliyi olan Onur Bolat artıq 15 ildir ki, illüstrator kimi fəaliyyət göstərir. O, Ankara küçələrindən öz sərgi salonu kimi istifadə edir.
Ankara metrosunda ilk dəfə olaraq kitabxana açılıb. 48 kitabla başlayan bu kitabxana, insanların ianəsi sayəsində 6 mindən çox kitab yığıb. Hal-hazırda həm Kızılay stansiyasında, həm də Dikimevi stansiyasında filialları var.
Ankaranın Ulus bazarında şəhər sakinlərindən ölkədəki iqtisadi vəziyyətlə bağlı fikirlərini soruşduq. Əhalinin bir hissəsi bu vəziyyətdən narazı olsa da, digərləri problemin kökünü dünya krizisi ilə əlaqələndirdi.
Ankapark ilk dəfə olaraq media mənsublarına açılıb. Ankaranın meri Mansur Yavaş jurnalistlərə açıqlama verib. Milyonluq parkın və yararsız oyuncaqların boş ərazi ilə birliktə gələcəyinin necə olacağı xalqa anket vasitəsilə soruşulacaq. Nəticəyə əsasən ərazinin talehinə qərar verilecək.
Açıq havada kinoteatr ənənəsi ilk dəfə 1916-cı ildə Almaniyanın Berlin şəhərində başlayıb. Bu ənənə 1920-ci illərdə ABŞ-da geniş yayılmağa başlayıb. Açıq hava kinoteatrı ənənəsi hələ də nostalgiya sevənlər üçün dünyanın bir çox yerində davam edir.
Ankara qalası memarlıq üslubu baxımından Bizans, Osmanlı, Səlcuq və Roma kimi bir çox fərqli mədəniyyətlərin izlərini daşıyır. Bəzi qaynaqlarda isə qalanın Frigiya kralı Midasın əmri ilə tikildiyindən bəhs edilir. Qala iki hissədən ibarətdir: İç qala ve Çöl qala.
Türkiyənin paytaxtı Ankarada keçirdiyimiz sorğu zamanı paytaxt sakinlərinin Azərbaycanı nə qədər yaxşı tanıdığını öyrənməyə çalışdıq.
Üç il əvvəl Ankara bələdiyəsi tərəfindən açılan, amma hələ də bir çox səbəbdən fəaliyyət göstərməyən Ankaparkdayıq. Bu geniş ərazinin şəhər sakinlərinin istifadəsinə hələ də verilməməsinin səbəbləri müzakirə edilir.
Pandemiya vaxtı evə qapanmalarda insanlar yeni xobbilər qazanıb. Kitab alqı-satqısına da artıq online olaraq üstünlük verilməyə başlanılıb. Bu vəziyyətin ikinci əl kitab satıcılarına ve kitab mağazalarına təsiri necə oldu?
Türkiyənin paytaxtı Ankarada Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin heykəli ucaldılıb. Amerikanın Səsinin Ankaradan xüsusi reportajını təqdim ediirk.