ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kazlariç Amerikanın Səsinə müsahibədə ABŞ dövlət katibi Blinkenin Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanla ilə görüşü və Vaşinqtonun sülh sazişinin əldə olunması istiqamətində səyləri haqda danışıb.
Atlantik Şuranın baş elmi işçisi Riç Ouzten Amerikanın Səsinə müsahibədə İsrailin baş naziri Benyamin Netanyahunun Konqresdə çıxışının regional sabitlik və ABŞ-la münasibətlərə təsiri və Qəzzada müharibənin daha geniş geosiyasi nəticələri haqda danışıb.
Şimali Karolina-Qrinsboro universitetində sülh və münaqişə araşdırmaları departamentinin dosenti və həmsədri Əli Əsgərov sabiq prezident Trampa sui-qəsd cəhdinin ABŞ-da siyasi proseslərə mümkün təsirləri, Amerikada prezidentlər və siyasi fiqurlara qarşı silahlı zorakılıqların tarixi haqda danışıb.
Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim Milvoukidə Respublikaçılar partiyasının qurultayına dəvət edilən xarici diplomatlar arasında olub. O, Amerikanın Səsi ilə böyük seçki tədbiri haqda təəssüratlarını və ABŞ-Azərbaycan münasibətlərinin perspektivləri ilə bağlı fikirlərini bölüşüb.
ABŞ-ın Azərbaycanda sabiq səfiri Riçard Kazlariç Amerikanın Səsinə müsahibədə keçmiş prezident Trampa qarşı sui-qəsd cəhdinin ölkədə siyasi proseslərə mümkün təsirləri və ABŞ-da silahlı zorakılıqlarla bağlı ictimai müzakirələr haqda danışıb.
Azərbaycanda iyunun 30-da əhalinin daha çox istifadə etdiyi Aİ-92 markalı avtomobil benzini, dizel yanacağı, həmçinin ictimai nəqliyyatda gediş haqqı qiymətləri artırılıb. İqtisadçı Rəşad Həsənov Amerikanın Səsinə müsahibədə son qiymət artımının səbəbləri haqda danışıb.
ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan və Ermənistan arasında sülh sazişinin reallaşması üçün müstəsna imkan və potensial olduğunu bildirib. ABŞ-da fəaliyyət göstərən jurnalist Ələkbər Raufoğlu Amerikanın Səsinə müsahibədə Vaşinqtonda diplomatların gözləntiləri haqda danışıb.
İnklüziv Toplum Fondunun prezidenti, sosioloq Ramin Cabbarlı Amerikanın Səsinə müsahibədə İranda iyunun 28-də keçirilən erkən prezident seçkilərinin nəticələrinin ölkənin daxili və xarici siyasətinə mümkün təsirləri haqda danışıb.
Vaşinqtonda Hadson İnstitutunun baş elmi işçisi Riçard Vaytz Amerikanın Səsinə müsahibədə NATO müttəfiqlərinin Ukraynaya dəstəyi və Rusiyanın müharibədə strategiyası haqda danışıb.
Oksford universitetinin Rusiya və Şərqi Avropa tədqiqatları bölməsinin eksperti Leyla Əliyeva Amerikanın Səsinə müsahibədə Rusiyanın regionda strategiyası, Cənubi Qafqaz ölkələrinin Moskva ilə münasibətlərində tendensiyalar və Qərbin regionda rolu haqda danışıb.
Azərbaycanın İrandakı keçmiş səfiri, şərqşünas alim Nəsib Nəsibli Amerikanın Səsinə müsahibədə İranda hazırda siyasi durum, İslam Respublikası rejiminin ölkə daxilində və xaricdə qarşılaşdığı risklər və Azərbaycan-İran münasibətləri haqda ilə danışıb.
Avrasiyada etnik və dini məsələlər üzrə ekspert Pol Qobl Amerikanın Səsinə müsahibədə İran prezidenti İbrahim Rəisinin ölümündən sonra İranın daxili və xarici siyasətinin istiqamətləri və Azərbaycan-İran münasibətlərini şərh edib.
Gürcüstan paytaxtı Tbilisidə parlamentin xarici təsir haqqında qanunu qəbul etməsinə etiraz olaraq on minlərlə insan küçələrə çıxıb. Amerikanın Səsinin Tbilisiyə ezam edilmiş jurnalisti Ani Çxikvadze Gürcüstanda qanunun qəbul edilməsinə reaksiyalar və davam edən etirazlar barədə məlumat verir.
Maynts Universitetində Rusiya tarixi kafedrasının dosenti Zaur Qasımov Rusiyada kabinet dəyişiklikləri və Moskvanın Ukraynada hədəfləri və prezident Putinin beşinci dönəm hakimiyyətində Rusiyanın Qafqazla bağlı siyasəti haqda danışıb.
ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kazlariç Amerikanın Səsinə müsahibədə Almatıda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında ikitərəfli görüşdən gözləntilər və sülh prosesinin irəlilədilməsi istiqamətində səylər haqda danışıb.
Vaşinqtonda fəaliyyət göstərən azərbaycanlı jurnalist Ələkbər Raufoğlu Amerikanın Səsinə müsahibədə Birləşmiş Ştatların Azərbaycanda jurnalistlər və fəalların həbsləri ilə bağlı narahatlıqları və rəsmi Vaşinqton tərəfindən mümkün təzyiqlər haqda danışıb.
Jurnalistləri Müdafiə Komitəsinin Avropa və Avrasiya üzrə koordinatoru Gülnoza Said Amerikanın Səsinə müsahibədə Azərbaycanda medianın durumu, jurnalistlərin həbsləri və regional tendensiyalar haqda danışıb.
Human Rights Watch təşkilatının Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Reyçel Denber Amerikanın Səsinə müsahibədə Azərbaycan Demokratiya və Rifah partiyasının sədri, professor Qubad İbadoğlunun həbsinin ev dustaqlığı ilə əvəz edilməsi və Azərbaycanda insan hüquqlarının durumu haqda danışıb.
Sosial media müşahidəçisi Cavid Ağa ilə Azərbaycan sosial şəbəkələrdə azadlıq, xarici ölkələrdən müdaxilə və sosial media istifadəçilərinin dezinformasiya ilə mübarizə bacarıqlarını müzakirə etmişik.
ABŞ-ın keçmiş Sovet İttifaqında milli məsələlər üzrə keçmiş müşaviri və Avrasiyada etnik və dini məsələlər üzrə ekspert Pol Qobl Amerikanın Səsinə müsahibədə Rusiya qüvvələrinin Azərbaycandan çıxarılmasının regional təsirləri və Moskvanın Cənubi Qafqazda hədəflərini şərh edib.
Daha çox yüklə