Gürcüstanın Marneuli bölgəsində yaxşayan azərbaycanlılar üçün bələdiyyə tərəfindən Novruz tədbiri təşkil edilib.
Tbilisidə Azərbaycan, Ermənistan və Gürcüstandan olan, 16-21 yaşlı gənclərin fotolayihələrindən ibarət sərgi keçirilib. Gənclər proqramın sadəcə incəsənət yox, həmçinin mədəniyyətlərarası dialoq üçün onlara imkan verdiyini bildirir.
Tolerantlıq və Müxtəliflik İnstitutu və Norveç səfirliyi Gürcüstanın paytaxtı Tbilisidə "din və inanc azadlığı va qadın hüquqları'" adlı ictimai müzakirə tədbiri keçirib. Tədbirdə Gürcüstanın fərqli bölgələrindən fərqli dinlərə və millətlərə məxsus cəmiyyətlərin nümayəndələri çıxış edib.
Rusiya Ukraynaya qarşı müharibəyə başladıqdan sonra Avropaya köçmək məcburiyyətində qalan Martuşevlər ailəsi Niderlandda həyata uyğunlaşsa da tezliklə geri dönməyi arzulayır.
“Ukrayna üçün Niderland” fondunun həmtəsisçiləri Kseniya və Bas son iki ildə Ukraynadan minlərlə qaçqın ailəsinin Niderlanda gəlməsi, Ukraynada qalan insanlar üçün humantar və tibbi yardımların göndərilməsi ilə məşğul olurlar.
Niderlandda fəaliyyət göstərən “Help4Ukraine” təşkilatının könüllüləri ölkənin fərqli şəhərlərində supermarketlərin köməkliyi ilə həm Ukraynaya göndərmək üçün lazım olan məhsulları toplayır, həm də yerli sakinləri ölkələrindəki müharibə haqqında məlumatlandırırlar.
Rusiyanın Ukraynaya genişmiqyaslı hücumunun ikinci ilində Gürcüstanın paytaxtı Tbilisidə aksiya keçirilib.
Ukraynada müharibənin başlamasının ikinci ildönümü ilə əlaqəli Tbilisidə yerləşən Yazıçılar Evində tədbir keçirilib.
Marina Yasineviç 5 uşağı ilə birlikdə Ukraynadan Niderlanda köçüb və Niderland höküməti tərəfindən qaçqınlar üçün ayrılmış binada yaşayır. Marina binada ona ayrılmış emalatxanada art terapiya ilə məşğul olur və digər qaçqınların da sosiallaşması üçün şərait yaradır.
“Ukrayna üçün Niderland” fondunun Amsterdamda keçirilən tədbirində əsas məqsəd müalicə üçün Ukraynadan Niderlanda gətirilmiş yaralı əsgərlərlə, həkimlərinin bir araya toplanması və sosiallaşması olub. Tədbirdə keçirilən hərracda böyük məbləğlər toplanaraq Ukraynaya dəstək fondlarına ianə edilib.
Amsterdamda keçirilən Ukraynaya dəstək tədbirində Niderlandın keçmiş müdiafiə naziri və "Open Door" Ukraynaya dəstək təşkilatının təsisçisi Yoris Forhuve Ukraynanın Avropa İttifaqı və Şimali Amerika ölkələridən daha çox dəstəyə ehtiyac olduğunu bildirin.
Viktoriya Kravçenko və Aleksi Abuşko cütlüyü Ukraynanın İrpin bölgəsindəndir. Hal-hazırda Portuqaliyada yaşayan cütlük 2021-ci ilin qışında Ukraynadan Misirə tətilə gedirlər və bir müddət sonra ölkələrində müharibə başlaması nəticəsində geri qayıda bilmirlər.
Diana Kuçer Ukraynanın Çernomorsk bölgəsindəndir. Rusiyanın Ukraynaya hücumundan sonra Diana uşaqlarını və anasını da götürərək əvvəlcə Moldovaya sonra isə Portuqaliyaya qaçır. Hal-hazırda Portuqaliyada yaşayan Diana müharibənin bitməsini və yenidən evinə dönməyi ümid edir.
Lissabonun mərkəzində təşkil edilən tədbirdə Ukraynanın Portuqaliyadakı səfidi də iştirak edib.
Dünyanın fərqli ölkələrində sərgiləri keçirilən karikaturaçı Seyran Cəfərlinin ən böyük istəklərindən biri Azərbaycanda da sərgisinin keçirilməsidir.
“Təkərli kitab dükanı” “Əli və Nino" mağazalar şəbəkəsinin rəhbəri Nigar Köçərli və Qanun Nəşriyyatının sahibi Şahbaz Xuduoğunun həyata keçirdiyi layihədir. Onlarla layihəyə ehtiyacın necə yarandığı və qarşılaşdıqları problemlər haqda danışmışıq.
Hər coğrafiyada olduğu kimi Anadoluda da ayaqqabılar kəndlilərin, şəhərlilərin, əsgərlərin və ya saraylıların həyat tərzinə görə fərqlənirdi. 650-700 illik tarixi ilə Yəməni ustalığının tarixi Yəmən-i Əkbərə gedib çıxır. Qaziantepdə isə yəməni istehsalının tarixi 150 ildir
Türkiyədə baş verən zəlzələnin ən çox zərər verdiyi yerlərdən biri Hatayın Antakya ərazisidir. Dağılmış binaların arasında özünə piştaxta qurmuş, kiçik biznesini, ümumilikdə isə həyatını davam etdirməyə çalışan yerli insan var.
Türkiyədə baş verən zəlzələnin zərərçəkənlərindən biri də Eymen Öztürkdür. Dediklərinə görə, evini itirib və 3 uşağı ilə çadırda qalır.
Fevral ayında Türkiyədə baş verən zəlzələdə evi ilə yanaşı iş yerini də itirən Gülşən zəlzələdən sonra Hatayın Arsuz ərazisinə getsə də, sonradan Antakyaya geri qayıdıb, konteynerdən qurulmuş bazarda öz işini sıfırdan qurmağa başlayıb.
Daha çox yüklə