Accessibility links

ABŞ Seçkiləri 2020

Trampın namizədliyi üçün səsvermə medianın iştirakı olmadan keçiriləcək

Prezident Donald Trampın namizədliyinin irəli sürülməsi üçün səsvermə bu ayın sonunda media mənsublarının iştirakı olmadan keçiriləcək. Bu barədə Respublikaçıların (GOP) Milli Konvensiyasının sözçüsü məlumat verib.

Tramp keçən ay Florida ştatında keçirilən konvensiyanın ictimai komponentlərini səsləndirərkən, ölkədə virusun yayılması hallarına işarə edərək, 336 nümayəndənin avqustun 24-də Şimali Karolinanın Şarlot şəhərində toplaşaraq Trampın bir daha GOP standartı üzrə səsvermə planlaşdırılır.

Bu kimi qurultaylar ənənəvi olaraq, mediaya üçün nəzərdə tutulur, belə ki, siyasi partiyalar hadisələrlə bağlı mövqelərini daha çox seçiciyə çatdırmağa çalışırlar. GOP qərarı qüvvədə qalsa, bu, müasir tarixdə jurnalistlərə bağlı ilk konvensiya olacaq.

"Şimali Karolina ştatında məhdudiyyətləri nəzərə alaraq, biz Şarlot qurultayını avqstun 21-i və 24-də mətbuata bağlamağı planlaşdırırıq"- deyə, qurultay nümayəndəsi bildirib.

"Bu dəyişiklik haqda məlumat verməkdən məmnunuq, ancaq tədbirlərdə iştirak edə biləcək insanların sayı ilə bağlı dövlət və yerli təlimatlara əsasən qarşımıza qoyulmuş parametrlər daxilində işləyirik."

Şarlotdakı nümayəndələrin sayı konvensiyanın 2500-dən çox rəsmi nümayəndəsi adından səs verəcək. Alternativ nümayəndələr və qonaqların qurultayda iştirakı artıq qadağan edilib.

Bayden iqlim dəyişikliyi ilə mübarizəyə 2 trilyon dollar xərcləyəcəyini deyir

Prezidentliyə demokrat namizəd Co Bayden növbəti beş il ərzində iqlim dəyişikliyinə qarşı 2 trilyon dollar xərcləməyi və elektrik enerjisindən gələn karbon emissiyalarını sıfıra endirməyi təklif edir.

Demokrat namizəd deyir ki, onun çərşənbə axşamı təqdim etdiyi iqlim planı həmçinin iş yaratmaq planı olacaq və diqqət ölkə infrastrukturunu enerjiyə qənaəet edən binalar və elektrik maşınlar vasitəsilə yeniləməyə yönələcək.

Baydenin planında elektriklə işləyən maşınlar istehsal etmələri üçün ABŞ-ın maşın sənayesinə stimullar daxildir. Elektriklə işləyən maşınlar ekoloji baxımdan benzinlə işləyən maşınlardan daha təmizdirlər.

Amerika Neft İnstitutu bildirir ki, Baydenin iqlim planı ABŞ-ı neft və enerji mənbələrini başqa ölkələrdə axtarmağa məcbur edə bilər. O qeyd edib ki, bu ölkələrin çoxunun ətraf mühit standartları isə ABŞ-dan daha aşağı səviyyədədir.

Baydenin planına əsasən iş yerlərin yaranması və təmiz enerji infrastrukturuna ayrılan pullar imtiyazları az olan icmalara yönələcək.

“Donald Tramp iqlim dəyişikliyi haqda düşünəndə ağlına gələn yeganə söz fırıldaqdır. Mən iqlim dəyişikliyi haqda düşünəndə, ağlıma iş yerləri gəlir,” Bayden deyib.

Bir çox liberal və mütərəqqi Demokratlar Baydenin iqlim dəyişikliyi ilə bağlı çıxışlarında təcili tədbirlərin görülməsinə çağırış etməməsi ilə bağlı məyusluğunu ifadə edib.

Ağ Ev hələ ki, Baydenin planına münasibət bildirməyib.

Baydenin kampaniyası çərşənbə axşamı deyib ki, onun iqlim dəyişikliyi ilə mübarizə planı ABŞ iqtisadiyyatını dirçəltmək paketinin bir hisəssidir.

Kampaniya rəsmiləri deyir ki, Bayden korporasiyaların vergilərini artırmağı və Trampın zəngin amerikalılara tətbiq etdiyi vergi kəsirlərini ləğv etməyi vəd edib.

Ali Məhkəmə Trampın maliyyə sənədlərinin açıqlanmasına dair hökm çıxarıb

ABŞ-ın Ali Məhkəməsi Nyu-York prorkurorluğunun prezident Donald Trampın maliyyə sənədlərini əldə etməsinə dair hökm çıxarıb. Lakin məhkəmə hələlik demokratların nəzarətində olan Nümayəndələr Palatasının bu kimi sənədləri əldə etməsinə imkan verməyib.

Hər iki hökm mühafizəkar baş hakim Con Robertsin qərarı ilə çıxarılıb.

Hökmlərdən biri Trampın uzunmüddətli hesab şirkəti Mazars LLP-nin müxtəlif sənədlərin təqdimatı üçün məhkəməyə çağırışını nəzərdə tutur.

Lakin məhkəmənin demokratların nəzarətində olan Nümayəndələr Palatsının bu kimi sənədləri əldə etməsinə imkan verməməsi Tramp üçün qısamüddətli qələbə ola bilər.

Robertsin qərarları məhkəmənin 4 liberal üzvü və Trampın təyin etdiyi 2 mühafizəkar hakim - Brett Kavano və Neyl Qorsuç tərəfindən dəstəklənib.

Digər prezidentlərdən fərli olaraq Tramp vergi qayıdışları və onun sərvəti və maliyyə fəaliyyətlərinə dair sənədləri açılamaqdan imtina edir. Bu sənədlər noyabrda yenidən seçilmək əzmində olan Trampın sirri olaraq qalır.

Nümayəndələr Palatasının 3 komitəsi indiyədək bu sənədlərin əldə edilməsinə çalışırdı.

Kriminal təhqiqatlar çərçivəsində Trampım maliyyə sənədləri Nyu-Yorkun ali münsiflər məhkəməsinə verilməlidir.

Təhqiqata 2018-ci ildə Manhettan Rayon Hüquq Şəbəsinin demokrat rəhbəri Kirus Vans start verib. Burada Trampın iki qadına - porno ulduzu Stormi Daniels və Playboyun sabiq modeli Karen Makduqalla seks müqabilində ödədiyini pullar da daxil edilib.

Tramp və onun yardımçıları bu iddiaları rədd edir.

Trampın vəkilləri onun Konstitusiyaya əsasən prezidentlik müddətində toxunulmazlıq hüququna malik olduğunu deyir.

ABŞ-ın səkkiz ştatında praymerizlər keçirilir

ABŞ-ın səkkiz ştatı və Vaşinqton şəhərində çərşənbə axşamı Demokratlar və Respbikaçılar partiyalarının praymerizləri keçirilir.

Praymerizlərin dördü bir neçə həftə öncə keçirilməli idi, lakin koronavirus pandemiyası səbəbilə təxirə salınmışdı.

Səsvermə zamanı noyabrın 3-də keçiriləcək ümummilli seçkilərdə Senat və Nümayəndələr Palatasına namizədlər də seçiləcək.

Bundan əlavə bu praymerizlərdə sabiq vitse-prezident Co Bayden rəsmi olaraq Demokratlar Partiyasının prezidentliyə namizədi seçilə bilər.

Sabiq prezident Barak Obamanın administrasiyasında iki müddət vitse-prezident olmuş Baydenin namizəd seçiləcəyi ehtimal olunur, çünki Demokratlar partiyasından prezidentliyə 20-dən çox namizəd artıq namizədliklərini geri çəkib.

Vermontlu senator Berni Sandersin adı hələ də seçki bülletenindədir. Bu isə o deməkdir ki, seçicilər ona səs verə bilər və o, avqust ayında keçiriləcək partiyanın milli qurultayına qədər əlavə deleqasiya əldə edə bilər. Sandersin əldə edəcəyi deleqasiya sayından asını olaraq, o, Baydenin iyun və iyula təyin olunan digər praymerizlərdən öncə Demokratların prezidentliyə vahid namizədinə çevrilməsi üçün lazım olan deleqasiya sayını əldə etməyə bilər.

Bayden namizədliyi əldə etmək üçün lazım olan 1991 deleqasiyanı əldə etmək üçün əlavə 425 deleqasiya qazanmalıdır. Çərşənbə axşanı keçirilən praymerizdə 479 deleqasiya üzərində səsvermə keçiriləcək.

İndiana, Merilend, Pensilvaniya, Rod Aylend ştatlarında seçicilər ya seçki məntəqələrində ya da poçt vasitəsilə səsvermədə iştirak edəcək. Bu ştatlarda səsvermə koronavirus səbəbilər təxirə salınmışı. Seçkilərin keçiriləcəyi digər ştatlar arasında Ayova, Montana, Nyu Meksiko və Cənubi Dakota ştatları, habelə Vaşinqton şəhəri də var.

Seçkilər ABŞ-da günlərdir qaradərili bir kişinin Minneapolis şəhərində polis tərəfindən öldürülməsinə etirazların keçirildiyi vaxta təsadüf edir.

Bu səbəblə seçici fəallığı həmişəkindən daha azo la bilər. Lakin buna baxmayaraq poçt vasitəsilə səsvermə pandemiya dövründə bəzi ştatlardada seçici fəallığını artırıb.

Prezidentliyə namizədlər virtual qurultaylarda müəyyən edilə bilər

Prezidentliyə namizədlər virtual qurultaylarda müəyyən edilə bilər
please wait

No media source currently available

0:00 0:03:57 0:00

Tədbirlər və onların planlaşdırılması koronavirus pandemiyasının ictimai itkiləri sırasındadır. 2020-ci ildə ABŞ-da bunlardan ən böyüyü milli siyasi namizəd qurultayları olacaq. Virtual siyasi qurultayların nəyə bənzəyəcəyi və Amerika siyasətinin yürüdülmə tərzini necə dəyişə biləcəyi araşdırılır.

Koronavirus prezidentliyə namizədin adi yolla seçilməsini dəyişə bilər.

50 ştatın nümayəndələrindən əlavə ABŞ ərazilərində seçicilər kimin prezident və vitse-prezident olacağına səs verəcək.

Eleyn Kamark Brookings İnstitutunun Amerika siyasəti mütəxəssisidir.

"Nümayəndələrin səs çoxluğunu göstərən sənəd Federal Seçki Komissiyasına göndərilir. Mən gənc olanda kürsüdə Valter Mondaleyə səs verib imzalatmışdım. Bu, sizi 50 ştatın hamısında səsvermə bülletenlərinə salır."

Bir neçə həftə əvvəl demokratlar planlaşdırılan 'fərdi' qurultaylarını respublikaçıların qurultayından əvvələ, yəni iyulun ortalarından avqustun ortalarına köçürmək qərarına gəlib.

Demokrat Partiyasının lideri Tom Perez deyib ki, pandemiyanın qeyri-müəyyənliyi fonunda Viskonsin ştatının Milvaki şəhərində minlərlə insanın iştirak edəcəyi qurultayı keçirərkən ictimai sağlamlıq diqqətdə saxlanacaq.

Güman edilən prezidentliyə namizəd Co Bayden demokratlara virtual qurultay üçün plan təklif edib. Lakin bu, necə icra ediləcək?

"Ən azı üç fərqli platforma olmalıdır" - deyə, Corc Vaşinqton Universitetindən Lara Braun bildirib.

Lara Braun Corc Vaşinqton Universitetinin Lisenziyalı Siyasi İdarəetmə Məktəbinin irəhbəridir

"Nümayəndələrin öz işlərini görə bilməsi və səslərini verməsi üçün təhlükəsiz bir platforma yaradılmalıdır."

Bu iş: prezident və vitse-prezidentliyə namizədin seçilməsidir.

Qurultay zamanı 5 minədək insanın bir araya gəlməsi yerinə saatlar və günlərlə siqnallar güclü və etibarlı saxlanmalıdır.

"Ölkə boyu hər iki partiyanı dəstəkləyənlərin fikirləri və üstünlüklərinə səs verə bilməsi üçün başqa bir platformaya ehtiyac var. Düşünürəm ki, istehsal, şou istehsalı ilə bağlı üçüncü bir platforma da olmalıdır" . Braun bildirib.

Dörd gecə televiziyada virtual bir qurultay necə translyasiya olunacaq?

"Əmin deyiləm ki, ... bir arenada 20 000 adam olmadan şou keçirmək çətin olsun. Ənənəvi olaraq televiziya şousu təşkil etmək üçün yaxşı bir yol tapmaq üçün məndən daha çox yaradıcı ağıllar var" , Kamark bildirib.

"Şou çox ehtimal ki, Super Bowl kimi canlı tədbirləri həyata keçirən bəzi böyük yayım şəbəkələrindən daha yaxşı bir hissə sahib olmayanlar üçün çox mürəkkəb bir hadisəyə çevriləcək" , Braun deyib.

Respublikaçılar da virtual qurultay fikrini istisna etmir. Lakin prezident Donald Tramp tvit edərək, virtual qurultay ideyasına görə Baydeni təndiq edib, onun gizlətməyə çox şeyi olduğunu yazıb.

Lakin Lara Braun virtual bir qurultayın siyasətə şəffaflıq və aydınlıq gətirəcəyini düşünür.

"Bu, imkan verəcək ki, daha çox insan siyasətin iç üzünün nədən ibarət olduğunu daha yaxşı anlasın."

Daha çox yüklə

XS
SM
MD
LG