ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kazlariç Amerikanın Səsinə müsahibədə ABŞ dövlət katibi Blinkenin Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanla ilə görüşü və Vaşinqtonun sülh sazişinin əldə olunması istiqamətində səyləri haqda danışıb.
Atlantik Şuranın baş elmi işçisi Riç Ouzten Amerikanın Səsinə müsahibədə İsrailin baş naziri Benyamin Netanyahunun Konqresdə çıxışının regional sabitlik və ABŞ-la münasibətlərə təsiri və Qəzzada müharibənin daha geniş geosiyasi nəticələri haqda danışıb.
Şimali Karolina-Qrinsboro universitetində sülh və münaqişə araşdırmaları departamentinin dosenti və həmsədri Əli Əsgərov sabiq prezident Trampa sui-qəsd cəhdinin ABŞ-da siyasi proseslərə mümkün təsirləri, Amerikada prezidentlər və siyasi fiqurlara qarşı silahlı zorakılıqların tarixi haqda danışıb.
Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim Milvoukidə Respublikaçılar partiyasının qurultayına dəvət edilən xarici diplomatlar arasında olub. O, Amerikanın Səsi ilə böyük seçki tədbiri haqda təəssüratlarını və ABŞ-Azərbaycan münasibətlərinin perspektivləri ilə bağlı fikirlərini bölüşüb.
Azərbaycanda iyunun 30-da əhalinin daha çox istifadə etdiyi Aİ-92 markalı avtomobil benzini, dizel yanacağı, həmçinin ictimai nəqliyyatda gediş haqqı qiymətləri artırılıb. İqtisadçı Rəşad Həsənov Amerikanın Səsinə müsahibədə son qiymət artımının səbəbləri haqda danışıb.
ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan və Ermənistan arasında sülh sazişinin reallaşması üçün müstəsna imkan və potensial olduğunu bildirib. ABŞ-da fəaliyyət göstərən jurnalist Ələkbər Raufoğlu Amerikanın Səsinə müsahibədə Vaşinqtonda diplomatların gözləntiləri haqda danışıb.
İnklüziv Toplum Fondunun prezidenti, sosioloq Ramin Cabbarlı Amerikanın Səsinə müsahibədə İranda iyunun 28-də keçirilən erkən prezident seçkilərinin nəticələrinin ölkənin daxili və xarici siyasətinə mümkün təsirləri haqda danışıb.
Oksford universitetinin Rusiya və Şərqi Avropa tədqiqatları bölməsinin eksperti Leyla Əliyeva Amerikanın Səsinə müsahibədə Rusiyanın regionda strategiyası, Cənubi Qafqaz ölkələrinin Moskva ilə münasibətlərində tendensiyalar və Qərbin regionda rolu haqda danışıb.
Xarkiv istiqamətində Rusiyanın məqsədi nədir? Ukrayna ordusu hava məkanını təhlükəsizliyini necə təmin edə bilər? "Xarkiv" Operativ-Taktiki Ordu Qruplaşmaları sözçüsü, Polkovnik Yuriy Povx bölgədə ilk müsahibəsini Amerikanın Səsinə verdi.
Azərbaycanın İrandakı keçmiş səfiri, şərqşünas alim Nəsib Nəsibli Amerikanın Səsinə müsahibədə İranda hazırda siyasi durum, İslam Respublikası rejiminin ölkə daxilində və xaricdə qarşılaşdığı risklər və Azərbaycan-İran münasibətləri haqda ilə danışıb.
Avrasiyada etnik və dini məsələlər üzrə ekspert Pol Qobl Amerikanın Səsinə müsahibədə İran prezidenti İbrahim Rəisinin ölümündən sonra İranın daxili və xarici siyasətinin istiqamətləri və Azərbaycan-İran münasibətlərini şərh edib.
Gürcüstan paytaxtı Tbilisidə parlamentin xarici təsir haqqında qanunu qəbul etməsinə etiraz olaraq on minlərlə insan küçələrə çıxıb. Amerikanın Səsinin Tbilisiyə ezam edilmiş jurnalisti Ani Çxikvadze Gürcüstanda qanunun qəbul edilməsinə reaksiyalar və davam edən etirazlar barədə məlumat verir.
Daha çox yüklə