Accessibility links

Rusiya hökuməti sabiq Sovet məkanında yaşayan rus icmalarının taleyindən dərin narahatlıq keçirdiyini bəyan edir. Bəzən Ukraynada olduğu kimi, bu narahatlıq hərbi müdaxilə üçün əsas yaradır. Lakin Rusiya əhalisi barədə məlum olan göstəricilər Kremlin Rusiyadan kənarda deyil, Rusiyanın içərisində yaşayan rusların taleyinə daha çox diqqət ayırmalı olduğuna işarə edir. “1992-ci ildən 2009-cu ilədək 17 il ərzində Rusiya əhalisi yeddi milyon azalıb ki, bu da ümumi əhalinin beş faizini təmsil edir,” Maşa Gessen Nyu York Kitab İcmalında yazır. Onun sözlərinə görə, Rusiyada müşahidə olunan ölüm reyti İkinci Dünya Müharibəsindən bəri Avropada qeydə alınmayıb.

Rusiyanın üzləşdiyi demoqrafik fəlakəti ölkədə mövcud olan çoxsaylı problemlərlə əlaqələndirmək olar və bunu bir çox müşahidəçilər edib. Onların sırasında “Lüzumsuz Ölüm” kitabının müəllifi Michelle Parsonsun müşahidələrini qeyd edən Maşa Gessen orta yaşlı ruslarla aparılan sorğunun nəticələrini oxucularla paylaşır. Əsasən Moskva sakinlərinin rəylərinə əsaslanan araşdırmada orta nəslin nümayəndələri İkinci Dünya Müharibəsindən sonra böyüdükləri erkən ağır yaşam şəraitini təsvir edirlər. 1960-cı illərdə Nikita Xruşşovun ucuz mənzil binaları inşa etməyə başlaması ilə bir çox ailələr özəl evlərdə yaşamaq imkanı qazandılar. 1970-ci illərdə maşınların və daçaların meydana çıxması ilə sovet istehlakçılarının yaşamında əlavə irəliləyişlər baş verdi. Bu nəslin nəzərində 1970 və 80-ci illər qızıl dönəm hesab olunur. Onların fikrincə fəlakət Mixail Qorbaçovun başlatdığı Yenidənqurma proqramı və Sovet İttifaqının çöküşü ilə başladı. Parsons bu mənada 1990-cı illərin xaosunu və dağınıqlığını İkinci Dünya Müharibəsinin faciəsi ilə müqayisə edir.

Alkoqolizmdə ad çıxarmış ruslar əslində çexlərdən, macarlardan və slovaklardan az içirlər.

Alkoqolizmdə ad çıxarmış ruslar əslində çexlərdən, macarlardan və slovaklardan az içirlər.

“Parsonsun arqumenti maraq doğurur, amma inandırıcı deyil,” Gessen yazır. “O, Rusiyanı SSRİ-ni əvəzləyən yeni ölkə kimi təsvir edir.” Halbuki Rusiyanın demoqrafik böhranı 1991-ci ildən sonrakı periodu yox, son yarım əsri əhatə edir. Proses Sovet İttifaqının dağılmasından xeyli əvvəl başlamış və xeyli sonra da davam edəcəkdi. Nicholas Eberstadtın “Rusiyanın Sülh Dövründə Demoqrafik Böhranı: Miqyas, Səbəblər, və Nəticələr” başlıqlı hərərfəli araşdırmasına istinad edən müəllif maraqlı dəlillər təqdim edir.

Yaşamaq həvəsi cəmiyyətin ümid və nikbinlik əmsalı ilə sıx bağlıdır. Post-Stalin dövrünün siyasi liberalizasiyası və evləşdirmə kampaniyası Xruşşov dönəmində insalara həyat eşqi vermişdi. Qorbaçov dönəminin aşkarlğı və ruhi dirçəlişi insanları dünyaya övlad gətirməyə həvəsləndirdi. Bu, o vaxtlar idi ki, insanlar gələcəyə böyük ümidlə baxırdılar.

Əhalisizləşmə fenomeni ilə yaxından maraqlanan Eberstadt Rusiya tarixində ilk cərəyanın 1917-23-cü illərdə başladığını yazır. İnqilab və Vətəndaş Müharibəsi illərini əhatə edən bu dönəmdə nəhəng əhali itkisi zorakılıqlar, aclıq və kütləvi mühacirət ucbatından baş vermişdi. Bu dövrdə sabiq Rus İmperiyası əhalisinin az qala üçdə birini itirdi. 1933-34-cü illərdə Sovet İttifaqının əhalisi 2 milyon azaldı ki, bunun səbəbi Stalinin başlatdığı kolxozlaşdırma və onun yetirdiyi irimiqyaslı aclıq idi. 1941-46-cı illər arasındakı müharibə şəraitində SSRİ 27 milyon vətəndaşını itirdi. Amma Sovet İttifaqının dağılmasından sonrakı 23 il əhali azalmasınıbn davamlı şəkildə müşahidə edildiyi ən uzun perioddir. Rusiya dünyada yeganə ölkədir ki, sülh dönəmində əhalisi bu miqyasda və belə davamlı şəklildə azalır.

Rusiyada doğum səviyyəsi həmişə aşağı olub. Nə qədər maraqlı da olsa, Qorbaçov dövrü yeganə dövr idi ki, həmin periodda doğum 2.2 bal artdı. Putin dönəmində, bütün dövlət imtiyazlarına və iqtisadi dirçəlişə baxmayaraq bu rəqəm 1.61 təşkil edir. Müqayisə üçün ABŞ-da rəqəm 2.01-dir. Hər iki göstərici əhalinin əvəzlənməsi üçün tələb olunan həddən aşağıdır. Amma Rusiyanın göstəriciləri Amerikadan xeyli geri qalır. Əslində Rusiya əhalisinin azalmasında ən böyük faktor doğum yox, ölüm həddidir. Yenə də, liberal Xruşşov və Qorbaçov dönəmlərini çıxmaq şərtilə Rusiyada ölüm həddi həmişə yüksək olub. 2006-cı ilin statistikasını əsas götürsək, Rusiyada 15 yaşlılar üçün orta yaşam həddi Banqladeş, Kamboca və Yəməndəkindən aşağıdadır. 15 yaşlı kişi cinsli ruslar arasında isə göstərici Efiopiya, Qambiya və Somalidən də aşağıda yer alır.

Totalitar siyasi sistem insanlarda yaşamaq eşqini məhv edir, həyatdan bezdirir.

Totalitar siyasi sistem insanlarda yaşamaq eşqini məhv edir, həyatdan bezdirir.

Maraqlıdır ki, adətən Rusiya demoqrafiyasının qənimləri sayılan alkoqolizm, narkomaniya, və QİÇS burada fövqalədə rol oynamır Eberstadt müşahidə edir ki, HİV və vərəm kimi xəstəliklərdən ölənlərin sayına görə Rusiya özü ilə eyni gəlirə bərabər ölkələrdən çox elə fərqlənmir. Rusların yeməkləri yağlı olur – amma Qərbi Avropalılarınkı qədər yox. Əslində ruslar Qərblilərdən daha az kalori yeyirlər və köklük orada problem deyil. Rusiyada ətraf-mühit bərbad günə qoyulub. Lakin rusların tənəffüs sistemlərindən qeydə alınan ölümləri Qərbdəkindən çox fərqlənmir. Ruslar iqtisadi təlatümlərdən əziyyət çəkiblər. Amma bu təlatümlər özlərini ölüm səviyyələrində radikal dəyişikliklə büruzə vermir. Ən mühümü, rusların ölməsinə başlıca səbəb kimi göstərilən alkoqol problemi yaxından araşdırıldıqda ortaya qəribə mənzərə qoyur. Çexlər, macarlar və slovaklar ruslardan qat-qat çox içirlər, amma onların həyatlarında – əkisinə – artım müşahidə olunur. Hətta bəzi araşdırmalar araq içənlərin içməyənlərdən daha çox yaşadıqlarını göstərir.

Bəs rusların erkən ölməsini nə izah edir? Belə görünür ki, həyat həvəsi cəmiyyətin ümid və nikbinlik əmsalı ilə sıx bağlıdır. Post-Stalin dövrünün siyasi liberalizasiyası və evləşdirmə kampaniyası Xruşşov dönəmində insalara həyat eşqi vermişdi. Qorbaçov dönəminin aşkarlğı və ruhi dirçəlişi insanları dünyaya övlad gətirməyə həvəsləndirirdi. Bu, o vaxtlar idi ki, insanlar gələcəyə böyük ümidlə baxırdılar. Lakin 90-cı illərin təlatümləri və avtoritarizmin qayıdışı bu ümidləri puç etdi və sonrakı dövr xəyal qırıqlığı və düşkünlüklə müşayiət olunmağa başladı. Bu baxımdan Rusiyanın demoqrafik fəlakətini bioloji, sosial yaxud iqtisadi faktorlar deyil, siyasi atmosfer izah edir. Ötən əsrdə rusların başlarına gələn fəlakətlər onlarda yaşamaq ümidinə zərbə endirib. “Hannah Arendt Totalitarizmini Kökləri kitabında yazırdı ki, totalitarizm yalnız əhalisini itirmək iqtidarında olan cəmiyyətlərin azarıdır. Sovet rejimi 20-ci əsrdə xalqı repressiyalara, müharibələrə məruz qoymaqla ruslara həyatın nə qədər ucuz olduğunu göstərdi,” Maşa Gessen yazır. “Ruslar ürək-damar xəstəliyindən yox, yaralı ürəkdən ölürlər.”

XS
SM
MD
LG