Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Ann Brassor sentyabrın 22-23-də Azərbaycanda rəsmi səfərdə olacaq.
Səfərin proqramı hələlik açıqlanmayıb. Lakin güman olunur ki, Brasser rəsmi Bakı nümayəndələri və vətəndaş cəmiyyətinin təmsilçiləri ilə görüşəcək.
Bu ilin mayında Brassor Daimi AŞPA komitə və assambleya Bürosunun iclasında iştirak etmək üçün Bakıya gəlmişdi.
O zaman REAL hərəkatının həbsdə olan lideri İlqar Məmmədovla görüşmək istəsə də bu görüş baş tutmamışdı. O bildirmişdi ki, “gələn səfərə qədər İ.Məmmədov azad edilməsə onunla görüşməyə çalışacaq”.
O vaxtdan sonra Azərbaycanda vətəndaş cəmiyyətinin bir çox fəalları da həbs olunub.