Accessibility links

İlon Mask Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinin işində iştirak edib


İlon Mask (Mənbə: Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi)
İlon Mask (Mənbə: Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi)

“SpaceX”in təsisçisi, baş icraçı direktoru və texniki direktoru İlon Mask oktyabrın 5-də Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinin (IAF) plenar iclasına qoşulub.

Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məlumatına görə, İlon Mask "Gələcək üçün əvəzsiz imkanlar" mövzusunda keçirilən plenar iclasda Beynəlxalq Astronavtika Federasiyasının prezidenti Klay Mourinin moderatorluğu ilə bir saat ərzində canlı bağlantıda olub.

"Canlı bağlantıda “SpaceX”in inqilabi “Starship” və “Super Heavy” daşıyıcısı haqqında bəhs edən İlon Mask və IAF prezidenti Klay Mouri arasında maraqlı müzakirə formatında keçirilib. İlon Mask ona ünvanlanmış “SpaceX”in kosmik fəaliyyəti barədə sualları cavablandırıb", məlumatda qeyd edilir.

İclasda Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, “Azərkosmos”un İdarə Heyətinin sədri Saməddin Əsədov və bir sıra dövlət rəsmiləri, konqres nümayəndələri iştirak edib.

Forum

XS
SM
MD
LG