Accessibility links

Rusiya İrana qarşı sanksiyaların vaxtının gəlmədiyini deyir


Rusiyanın müdafiə naziri Sergey İvanov nüvə proqramını dayandırmadığına görə İrana qarşı sanksiyalar tətbiq etməyin vaxtının gəlmədiyini deyib. İvanov deyib ki, məsələnin danışıqlar yolu ilə həll olunması üçün bir qədər artıq vaxt lazımdır.

Fransa prezidenti Jak Şirak isə İranın nüvə proqramını dayandırmaq müqabilində təqdim olunan həvəsləndirici təkliflər paketinə cavabını qeyri-müəyyən adlandırıb. Cavabdan Tehranın uranın zənginləşdirilməsi proqramını dayandırıb-dayandırmayacağı bəlli olmur.

Fransanın xarici işlər nazirliyinin sözçüsü Parisin müəyyən məsələlərə aydınlıq gətirməsi üçün Tehrana müraciət edəcəyini deyib. Avropa Birliyinin xarici siyasət idarəsinin rəhbəri Havyer Solana da bu məqsədlə Tehranla danışıqların davam edəcəyini deyib.

İranın ruhani liderlərindən biri Əhməd Xatəmi isə İranın zor dili ilə danışıqlardan imtina etdiyini deyib.

XS
SM
MD
LG