Accessibility links

İran nüvə proqramının yeni fazasına başlayıb


BMT-nin Təhlükəsizlik Şurası Tehrandan avqust ayının sonunadək uranın zənginləşdirilməsi işlərini dayandırmasını tələb etdiyi halda bu müddətin bitməsindən bir neçə gün öncə, İran nüvə proqramının yeni fazasını işə salıb.

Bu gün İran prezidenti Mahmud Əhmədinejad Tehranın cənub-şərqindəki Suyun Ağırlaşdırılması zavodunun açılışında etdiyi çıxışında, ölkənin nüvə texnologiyası istehsal etmək hüququndan məhrum edilməyəcəyini deyib. O, İranın nüvə fəaliyyətinin heç kəsə, hətta İsrailə belə təhlükə olmadığını dedi.

Qeyd edək ki, Ağırlaşdırılmış Su tərkibində nüvə enerjisi stansiyası olan zavodda istehsal edilir. Lakin həmin zavodda yan məhsul kimi istehsal edilən plutonium atom bombası istehsalında istifadə edilə bilər. İran isə uranı enerji istehsalı məqsədilə zənginləşdirdiyini bildirir.

XS
SM
MD
LG