Accessibility links

ABŞ-ın müdafiə naziri Leon Panetta İraqın paytaxtındadır


ABŞ-ın müdafiə naziri Leon Panetta İraqın paytaxtındadır

ABŞ-ın müdafiə naziri Leon Panetta İraqın paytaxtındadır

ABŞ-ın müdafiə naziri Leon Panetta İraqın paytaxtındadır. Bağdadda onun İraq liderlərinin 2011-ci ildən sonra Amerika qüvvələrinin İraqda qalmasını istəyib-istəmədiklərini müzakirə etməlidir. Cənab Panetta İraqa Əfqanıstandan gedib. Bu, onun müdafiə naziriliyinə rəhbər təyin edilməsindən sonra o ölkələrə ilk səfəridir. Əfqanıstandakı hərbi bazada müxbirlərlə danışan nazir deyib ki, İraqın baş naziri Nuri Əl-Maliki və digər rəsmiləri ABŞ qüvvələrinin İraddakı mövcudluğuna dair qərar verməyə razı salmağa çalışacaq. İraq prezidenti Cəlal Talabani isiyasi partiyaların bu haqda qərarını iki həftə ərzində bəyan edəcəklərini deyib. Amerikanın 46 min əsgərdən ibarət hərbi qüvvəsi dekabrın 31-dək İraqı tərk etməlidir.


XS
SM
MD
LG